Azərbaycanın daha bir boksçusu Avropa çempionatında yarımfinala yüksəlib
Bakı, 22 oktyabr, AZƏRTAC
Azərbaycanın daha bir boksçusu Monteneqronun Budva şəhərində keçirilən U-15 Avropa çempionatında yarımfinala vəsiqə qazanıb.
Boks Federasiyasından AZƏRTAC-a bildirilib ki, Nəsrin Abdullazadə 1/4 finalda Esila Yıldırıma (Türkiyə) qalib gəlməklə bu hüquqa yiyələnib.
40 kiloqramda mübarizə aparan milli üzvü 5:0 (29:28, 30:27, 30:27, 30:27, 29:28) hesablı qələbəyə sevinib. O, yarımfinala yüksəlməklə özü üçün azı bürünc medalı da təmin edib.
N. Abdullazadə finala vəsiqə uğrunda Elliemay Feterstonla (İrlandiya) döyüşəcək. Görüş oktyabrın 23-də olacaq.
Qeyd edək ki, 32 ölkədən 369 boksçunun qatıldığı Avropa çempionatına oktyabrın 25-də yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:30]
Serbiyanın idman naziri Azərbaycana gəlib
- 08.06.2026 [18:28]
Veteran futbolçu: Dünya çempionatında Braziliyanı favorit hesab edirəm
- 08.06.2026 [18:06]
“Şəfa”nın yeni mövsüm üçün hazırlıq planı müəyyənləşib
- 08.06.2026 [18:03]
Roberto Mançini İtaliya millisinin yeni baş məşqçisi olacaq
- 08.06.2026 [17:31]
“Turan Tovuz”un məşqçisi: CAS-ın qərarının xeyrimizə olacağına inanırıq
- 08.06.2026 [17:15]
Yunis Hüseynov: Millimiz C Liqasına qayıtmaq məcburiyyətindədir
- 08.06.2026 [15:45]