Azərbaycanın daha üç güləşçisi dünya çempionatında mübarizəyə başlayır
Bakı, 23 sentyabr, AZƏRTAC
Bu gün Azərbaycanın daha üç yunan-Roma güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən lisenziya xarakterli dünya çempionatında mübarizəyə başlayacaq.
AZƏRTAC xəbər verir ki, güləşçilərimizdən Murad Məmmədov, Həsrət Cəfərov və İslam Abbasov yarışacaqlar. 63 kiloqram çəkidə yer alan Murad Məmmədovun 1/8 finaldakı rəqibinin kim olacağı bilinmir.
Digər güləşçilər isə Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq uğrunda mübarizə aparacaq. Həsrət Cəfərov (67 kiloqram) 1/16 finalda Edsson Qutyerreslə (Meksika), İslam Abbasov (87 kiloqram) isə təsnifat mərhələsində Viorel Burduya (Rumıniya) ilə mübarizə aparacaq.
Qeyd edək ki, ötən gün Eldəniz Əzizli (55 kiloqram) və Rafiq Hüseynov (82 kiloqram) dünya çempionu olublar. Sənan Süleymanov (77 kiloqram) isə gümüş medal qazanmaqla yanaşı, olimpiadaya lisenziya əldə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [11:56]
İdman tarixində bu gün: Pele futbolçu karyerasını başa vurub
- 01.10.2026 [11:19]
Azərbaycan klubu amerikalı basketbolçunu heyətinə qatıb
- 01.10.2026 [10:56]
“Turan Tovuz” – “Fənərbağça” oyununa 20 mindən çox bilet satılıb
- 01.10.2026 [10:15]
Bakıda üzgüçülük üzrə Dünya Kuboku start götürüb
- 01.10.2026 [10:05]