Azərbaycanın dövlət qurumlarının ictimaiyyətlə əlaqələr sahəsinə məsul əməkdaşlarının Türkiyəyə səfəri davam edir
Bakı, 14 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasında dövlət kommunikasiyasının təkmilləşdirilməsi və bu sahədə təcrübə mübadiləsi məqsədilə 30 dövlət qurumunun ictimaiyyətlə əlaqələr sahəsinə məsul əməkdaşlarından ibarət nümayəndə heyəti Türkiyəyə səfəri davam edir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan nümayəndə heyəti tərəfindən Türkiyənin Xarici İşlər Nazirliyi və Türkiyə Radio və Televiziya Ali Şurasında görüşlər keçirilib.
Görüşlər zamanı Türkiyə Respublikasının Xarici İşlər Nazirliyinin dövlət kommunikasiyası sahəsində fəaliyyəti, media və sosial media ilə iş, habelə xaricdəki diplomatik nümayəndəliklərin media ilə fəaliyyət strategiyası, mətbuat katibliyinin fəaliyyəti, RTÜK-ün radio və televiziya sahəsində həyata keçirdiyi işlər, media savadlılığı, televiziyaların monitorinqi sistemi məsələləri müzakirə olunub.