Azərbaycanın hərbi tibb mütəxəssisləri İranlı həmkarları ilə görüşüblər
Bakı, 28 dekabr, AZƏRTAC
Azərbaycan ilə İran arasında hərbi sahədə ikitərəfli əməkdaşlıq planına uyğun olaraq, Müdafiə Nazirliyinin bir qrup tibb xidməti zabiti Tehranda səfərdə olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində nazirliyin Tibb Baş İdarəsinin rəisi, general-mayor Natiq Əliyev İran Silahlı Qüvvələrinin tibb xidməti rəisi, briqada generalı Həsən Ərağizadə ilə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində müzakirə aparıb.
İran Silahlı Qüvvələrinin tibb xidmətinin imkanlarının öyrənilməsi məqsədilə Azərbaycan nümayəndə heyəti İslam İnqilabı Keşikçiləri Korpusunun Bəqiyətullah və Cəmaran, Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin Besət hospitallarını, İran Ordusunun Tibb Elmləri Universitetini ziyarət edib, müdafiə qabiliyyətləri sərgisinə baxış keçirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 29 sentyabr
- 27.09.2026 [22:28]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 27.09.2026 [20:04]
Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub
- 27.09.2026 [09:00]
27 Sentyabr – Böyük Qələbəyə yol açan tarixi gün
- 25.09.2026 [20:02]