Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın “humanitar körpü” modeli sistemli xarakter daşıyır - ŞƏRH

Azərbaycanın “humanitar körpü” modeli sistemli xarakter daşıyır -  ŞƏRH

Bakı, 26 aprel, AZƏRTAC

Müasir beynəlxalq münasibətlər sistemi dərin transformasiya mərhələsindədir. Qlobal və regional münaqişələr, humanitar böhranlar və geosiyasi rəqabət dövlətlərin xarici siyasət prioritetlərini yenidən formalaşdırır. Xüsusilə Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə davam edən qarşıdurmalar və Afrika qitəsində humanitar problemlərin artması fonunda dövlətlər yalnız hərbi və siyasi deyil, humanitar alətlər vasitəsilə də təsir imkanlarını genişləndirirlər. Bu mürəkkəb şəraitdə Azərbaycan özünü yalnız regional aktor kimi deyil, müxtəlif münaqişə zonaları arasında əlaqələndirici “humanitar körpü” kimi təqdim edir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Yaxın Şərq üzrə ekspert Rufiz Hafizoğlu söyləyib. O qeyd edib ki, bu gün Azərbaycanın humanitar siyasəti formal yardım çərçivəsindən kənara çıxaraq strateji xarakter daşımaqdadır. Bu siyasət ölkənin çoxvektorlu diplomatiyasının mühüm komponentidir və onun əsas məqsədi müxtəlif geosiyasi mərkəzlərlə balanslı münasibətləri qorumaq, eyni zamanda, beynəlxalq aləmdə etibarlı tərəfdaş imicini gücləndirməkdir ki, rəsmi Bakı bunu dəfələrlə peşəkar səviyyədə sübut edib. Humanitar yardım bu baxımdan həm siyasi mesaj, həm də diplomatik təsir aləti kimi çıxış edir.

Bu siyasətin ən diqqətçəkən istiqamətlərindən biri Azərbaycanın Ukrayna ilə bağlı fəaliyyətində özünü göstərir. Müharibənin başlanmasından etibarən Azərbaycan Ukraynaya enerji infrastrukturu üçün texniki avadanlıq, tibbi vasitələr və sosial yardım paketləri göndərib. Bu addımlar bir tərəfdən beynəlxalq hüquqa sadiqliyin ifadəsi kimi qiymətləndirilir, digər tərəfdən isə Azərbaycanın Qərb ilə münasibətlərində müsbət siyasi fon yaradır. Bununla belə, Bakı hərbi müdaxilədən uzaq duraraq balanslı mövqeyini qoruyur.

Ukrayna Prezidenti Volodomir Zelinksi Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı da bu məsləyə toxundu. Münaqişə zamanı humanitar yardımın çatdırılması bir dövlətin bunu siyasətdən kənar saxlayaraq milli strategiya halına çevirməsi olduqca az rast gəlinən bir haldır. Azərbaycan sözün əsl mənasında humanitar sahəni milli strategiya hesab edən nadir dövlətlərdən biridir.

Ölkəmizin humanitar missiyası yalnız Ukrayna ilə bitmir

“Azərbaycanın İran ilə münasibətləri isə humanitar diplomatiyanın daha incə və həssas tərəfini ortaya qoyub. Siyasi gərginliklərə baxmayaraq, humanitar əməkdaşlıq kanallarının açıq saxlanılması Bakının regionda eskalasiyanın qarşısını almaq siyasətinin tərkib hissəsinə çevrilib. Bu yanaşma göstərir ki, humanitar əlaqələr yalnız sosial yardım deyil, eyni zamanda, diplomatik dialoq üçün alternativ mexanizm rolunu oynayır.

Bütün bunlarla yanaşı, Yaxın Şərq istiqamətində Azərbaycanın humanitar fəaliyyəti xüsusilə diqqətəlayiqdir. 2020-ci ildə Beyrut limanı partlayışı nəticəsində Livan paytaxtında baş verən dağıntılar və humanitar böhran fonunda Azərbaycan operativ şəkildə yardım göstərən ilk ölkələr sırasında oldu. Tibbi ləvazimat, dərman vasitələri və digər zəruri humanitar yüklər Livana göndərildi. Bu addım Azərbaycanın yalnız region daxilində deyil, daha geniş coğrafiyada humanitar məsuliyyət götürmək iradəsini nümayiş etdirdi”,- deyə R. Hafizoğlu vurğulayıb.

Ekspertin sözlərinə görə, bu günə kimi Livana bir çox məsələdə humanitar yardım etməyən ərəb ölkələri var.

Eyni yanaşma Suriya ilə bağlı siyasətdə də özünü göstərir. Uzun illər davam edən müharibə nəticəsində ciddi humanitar böhran yaşayan Suriyaya Azərbaycan müxtəlif platformalar vasitəsilə, eləcə də birbaşa yardım göstərib. Xüsusilə beynəlxalq təşkilatlar çərçivəsində tibbi və humanitar dəstək proqramlarında iştirak etməsi Azərbaycanın bu ölkəyə dolayı, lakin davamlı yardım siyasətinin göstəricisidir. Bu yardımın əsas məqsədi münaqişənin tərəfi olmaq deyil, humanitar böhranın təsirlərini azaltmaqdır.

Bu kimi misalları çox çəkmək olar.

Azərbaycanın humanitar siyasətində Afrika istiqaməti

Azərbaycanın humanitar siyasətində Afrika istiqaməti də mühüm yer tutur. BMT və Qoşulmama Hərəkatı çərçivəsində həyata keçirilən layihələr vasitəsilə Bakı Afrika ölkələrinə maliyyə, tibbi və texniki yardım göstərir. Bu fəaliyyət yalnız humanitar məqsədlərlə məhdudlaşmır, həm də beynəlxalq təşkilatlarda siyasi dəstəyin təmin olunmasına xidmət edir.

Bütün bu istiqamətlər Azərbaycanın “humanitar körpü” modelinin sistemli xarakter daşıdığını göstərir. Bu model sayəsində Azərbaycan eyni vaxtda bir-biri ilə rəqabət aparan və hətta qarşıdurma vəziyyətində olan dövlətlərlə münasibətləri qoruyub saxlayır. Bakı özünü münaqişələrin tərəfi kimi deyil, humanitar əlaqələndirici kimi təqdim edir və bu da ona diplomatik manevr imkanları qazandırır.

Qlobal güclər arasında rəqabətin dərinləşməsi balansın qorunmasını çətinləşdirdiyi bir dövrdə, bu humanitar kurs müəyyən risklər ehtiva etməsinə baxmayaraq, rəsmi Bakı bu missiyanın öhdəsindən ustalıqla gəlir.

“Azərbaycanın münaqişə dövrlərində həyata keçirdiyi humanitar yardım missiyası onu beynəlxalq münasibətlər sistemində fərqləndirən əsas amillərdən birinə çevrilib. Ukrayna, İran, Livan, Suriya və Afrika istiqamətlərində paralel fəaliyyət göstərmək ölkəni müxtəlif geosiyasi qütblər arasında əlaqə yaradan nadir aktorlardan birinə çevirir. Bu isə Azərbaycanın yalnız regional deyil, qlobal səviyyədə də təsir imkanlarının artdığını göstərir”, - deyə o əlavə edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib

Avrokomissar: Azərbaycanın regional bağlantıların inkişafı ilə bağlı iddialı planları var

Bu il MİQ vasitəsilə neçə müəllim işə qəbul edilib?

Umud Mirzəyev: BMT Komitəsinin sənədində itkin azərbaycanlılarla bağlı mühüm məsələlər yer alıb

® ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib