AZƏRBAYCANIN İKİ BOKSÇUSU ÖZ ÇƏKİ DƏRƏCƏSİNDƏ AVROPANIN ƏN GÜCLÜ İDMANÇISIDIR
AZƏRTAC xəbər verir ki, Avropa Həvəskar Boks Federasiyası qitənin 12 çəki dərəcəsində 20 ən mahir boksçusunun adını açıqlamışdır. Yığma komandamızın üzvü, bir sıra çempionatların və beynəlxalq turnirlərin mükafatçısı Ruslan Xairov 69 kq çəki dərəcəsində reytinq cədvəlində birinci yeri tutur. Afina Olimpiya oyunlarının bürünc mükafatçısı Ağası Məmmədov isə 54 kiloqram çəkili idmançılar siyahısında ikinci pillədədir.
Qeyd edək ki, R.Xairov yığma komandanın heyətində Pekində keçiriləcək dünya çempionatına hazırlaşır. Avtomobil qəzasına düşməsi nəticəsində bir müddət böyük rinqdən kənarlaşan Ağası Məmmədovun 2006-cı ilin fevralında respublika çempionatında iştirakı gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [21:47]
Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]