Azərbaycanın iki güləşçisi dünya reytinq siyahısında ilk sıralarda qərarlaşıb
Bakı, 4 mart, AZƏRTAC
Dünya Güləş Birliyi 2016-cı ilin fevralında keçirilən yarışların nəticələrinə əsasən, Avropa çempionatı öncəsi yunan-Roma güləşi üzrə yeni reytinq siyahısını açıqlayıb.
Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a bildiriblər ki, siyahıda 9 təmsilçimizin adı var. Birinci Avropa Oyunlarının qızıl medalçısı, Las-Veqasda keçirilən dünya çempionatının qalibi Rəsul Çunayev (71 kq) reytinqdə ilk sırada qərarlaşıb. Sonuncu mundialın gümüş mükafatçısı Rövşən Bayramov (59 kq) isə ikinci sıradadır.
Reytinq siyahısında mövqeyi dəyişməyən idmançılarımız Elvin Mürsəliyev və Sabah Şəriətidir. Belə ki, 75 kiloqram çəki dərəcəsində mübarizə aparan E.Mürsəliyev altıncı, Sabah Şəriəti (130 kq) isə dördüncü pillədəki mövqeyini qoruyub.
Digər güləşçilərdən Həsən Əliyev (66 kq) doqquzuncu, Rafiq Hüseynov (80 kq) və Saman Təhmasibi (85 kq) isə beşinci yerdədirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [11:51]
Azərbaycan klubu braziliyalı voleybolçunu heyətinə qatıb
- 15.10.2026 [11:21]
Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq
- 15.10.2026 [11:20]
Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib
- 15.10.2026 [11:10]
“Qarabağ” – “Neftçi” matçı FIFA referisinə tapşırılıb
- 15.10.2026 [10:45]
Çempionlar Liqasında məhsuldarlıq rekordu yenilənib
- 15.10.2026 [10:24]
Azərbaycanın qadın güləşçisi U-23 dünya çempionatının finalına yüksəlib
- 15.10.2026 [10:20]
Türkiyə klubları avrokuboklarda növbəti oyunlarına çıxacaq
- 15.10.2026 [10:18]
Azərbaycan avarçəkənləri beynəlxalq yarışda 4 medal qazanıblar
- 15.10.2026 [10:06]