AZƏRBAYCANIN İNDONEZİYADAKI SƏFİRİ BİR SIRA GÖRÜŞLƏR KEÇİRMİŞDİR
Səfir Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasət, respublikamızda həyata keçirilən islahatlar barədə ətraflı məlumat vermiş, Azərbaycanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələrindən danışmışdır.
İ.Hacıyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat vermiş, münaqişənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi əsasında həllinə İndoneziyanın yardımına görə minnətdarlıq etmişdir.
F.İdris və P.Yusgiantoro İnoneziyada Azərbaycan səfirliyinin açılmasını yüksək qiymətləndirmiş, əməkdaşlığa hazır olduqlarını nəzərə çarpdırmışlar. Azərbaycan tərəfinin təqdim etdiyi Saziş layihəsinə münasibət bildirəcəklərini söyləyən nazirlər əlaqələrin inkişafı üçün hər iki ölkənin iş adamlarının görüşünün keçirilməsini təklif etmişlər.
Səfir biznes forumun keçirilməsi təklifinin artıq İndoneziyanın Sənaye və Ticarət Palatası ilə razılaşdırıldığını bildirmişdir.
P.Yusgiantoro zəngin neft və qaz ehtiyatlarına malik Azərbaycanın Dövlət Neft Şirkəti ilə İndoneziyanın “Pertamina” Dövlət Neft Şirkətinin əməkdaşlığını təklif etmiş, vaxtilə Azərbaycanda neft və qaz sahəsində təhsil almış 10 mütəxəssisin İndoneziyanın neft sənayesinin inkişafına töhfə verdiklərini xüsusi qeyd etmişdir.