Azərbaycanın Küveytdəki səfirliyi 31 mart soyqırımı ilə bağlı bəyanat yaymışdır
Bakı, 31 mart (AZƏRTAC). Azərbaycanın Küveytdəki səfirliyi 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat hazırlayaraq Küveytin nazirlik və digər rəsmi qurumlarına, bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərə və KİV-lərə göndərmişdir. Bəyanat Küveytin nüfuzlu “Əl-Vasat” qəzetində də dərc olunmuşdur.
Bəyanatda Gülüstan və Türkmənçay müqavilələrinin imzalanmasından sonra minlərlə erməninin Qafqaz regionuna, əsasən də tarixi Azərbaycan torpaqlarına köçürülməsi barədə ətraflı məlumat verilmişdir. 1905-1907-ci illərdə azərbaycanlılara qarşı törədilmiş qanlı qırğınlar, xüsusilə də 1918-ci il martın 31-də Bakıda on minlərlə soydaşımızın vəhşicəsinə qətlə yetirilməsi, yüz minlərlə həmvətənimizin əzəli torpaqlarından qovularaq didərgin düşmələri, məktəblərin, xəstəxanaların, evlərin və məscidlərin dağıdılması faktları sənəddə öz əksini tapmışdır.
Ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanının tarixi əhəmiyyətinin xüsusi vurğulandığı bəyanatda ermənilərin “böyük Ermənistan” xülyası, 1948-1953-cü illərdə 150 mindən artıq soydaşımızın öz doğma torpaqlarından deportasiya edilməsi, eləcə də 1987-1988-ci illərin hadisələri barədə məlumatlar yer almışdır.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.03.2026 [16:47]
MEK-də Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan sərgi açılıb
- 31.03.2026 [16:23]
Milli yaddaşın qorunması: BMU-da soyqırımı hadisələri geniş təhlil edilib
- 31.03.2026 [14:22]
Xalqımıza qarşı törədilən cinayətlər heç vaxt unudulmayacaq ŞƏRH
- 31.03.2026 [14:15]
31 Mart hadisələri: Azərbaycan xalqının faciəsi və tarixi yaddaşı
- 31.03.2026 [12:35]
1918-ci il soyqırımı erməni vandalizminin qanlı izləridir – ŞƏRH
- 31.03.2026 [12:05]