AZƏRBAYCANIN KVOTASI ARTIRILA BİLƏR
Xəzərin Su Bioloji Sərvətləri Komissiyası katibliyinin və işçi qrupunun Bakıda keçirilmiş 2-ci iclası baxılmaq üçün komissiyaya veriləcək sənədlərin imzalanması ilə başa çatmışdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, iclasda gündəliyə daxil olan əsas məsələlərdən əlavə, nazirliyin Xəzərin Azərbaycan sektorunda ilk dəfə keçirdiyi elmi ekspedisiyanın nəticələri də açıqlanmış, nərə balığı ovuna qoyulmuş kvota məsələsi müzakirə edilmişdir. Azərbaycanın kvotasını 2,4 dəfə artıraraq, 5,3 faizdən 12,85 faizə çatdırmaq qərara alınmışdır. İşçi qrupunun bütün təklifləri Komissiyanın noyabrın ikinci yarısında keçiriləcək iclasında müzakirə olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]