Azərbaycanın Mərkəzi Bankı uçot dərəcəsini artırmışdır
Bakı, 7 may (AZƏRTAC). Azərbaycanın Mərkəzi Bankının İdarə Heyəti mayın 6-dan uçot dərəcəsinin 5 faizdən 5,25 faizə qaldırılması barədə qərar qəbul etmişdir.
Qurumdan AZƏRTAC-a bildirmişlər ki, bu qərar Mərkəzi Bankın bəyan etdiyi pul siyasəti istiqamətlərinə uyğun olaraq ölkədə qiymət və maliyyə sabitliyinin qorunmasına yönəlmiş fəaliyyətinin davamıdır.
Mövcud qlobal iqtisadi vəziyyətdə Azərbaycan iqtisadiyyatında artım prosesləri davam edir, iqtisadi fəallıq və istehsal güclərinin yüklənmə səviyyəsi artır. Ölkənin tədiyyə balansının profisiti və valyuta ehtiyatlarının davamlı sürətdə böyüməsi və pul kütləsinin potensial artım mənbələrinin genişlənməsi şəraitində inflyasiyaya təsir edən amillərin çevik idarə olunması mühüm vəzifə olaraq qalır.
Eyni zamanda bankların xarici valyutada olan öhdəlikləri üzrə məcburi ehtiyat norması da 2 faizdən 3 faizə yüksəldilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [18:34]
Mərkəzi Bank “Türk Yaşıl Maliyyə Şurası”nın 2-ci toplantısında təmsil olunub
- 09.09.2026 [17:58]
Analitiklər beynəlxalq bazarlarda dizel böhranı barədə xəbərdarlıq edirlər
- 09.09.2026 [17:27]
Neftin qiymətinin 200 dollara yüksəlməsi mümkündür
- 09.09.2026 [16:36]