Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın müdafiə sənayesi kompleksinin müəllifi Prezident İlham Əliyevdir - Hərbi şərhçi

Azərbaycanın müdafiə sənayesi kompleksinin müəllifi Prezident İlham Əliyevdir -  Hərbi şərhçi

Bu gün biz Qalib xalqıq, qələbənin müəllifi isə məhz Prezident İlham Əliyev və onun qəhrəman Ordusudur

Bakı, 16 oktyabr, AZƏRTAC

Azərbaycanın müdafiə potensialının gücləndirilməsi istiqamətində 1993-cü ildən başlanan planlı və inkişafa yönəlmiş addımlar 2003-cü ildən Azərbaycan Prezidenti İlham Əliyevin hakimiyyətə gəlməsindən sonra daha geniş və sistemli şəkil aldı. İlham Əliyev yaxşı anlayırdı ki, hərbi qüdrəti stimullaşdıran amillərdən biri də iqtisadi potensial, yəni maliyyə vəsaitləridir. Bu səbəbdən də 2003-2008-ci illərdə Azərbaycanın müdafiə xərcləri təxminən üç dəfəyədək artırıldı. Paralel olaraq ordu və silahlı qüvvələrin digər qoşun növlərində uğurlu kadr və struktur islahatları həyata keçirildi. Cəbhəboyu ordu birləşmələrinin komandir heyəti arasında islahatlar, peşəkar ordu formalaşdırılması istiqamətində sərt addımlar atıldı. Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələri birbaşa Prezident İlham Əliyevin nəzarətində özünün yeni inkişaf dövrünə qədər qoydu və bu doğru addım Vətən müharibəsində yerüstü əməliyyatlarda Azərbaycan Ordusuna şanlı Qələbə qazandırdı.

Bunu AZƏRTAC-a açıqlamasında Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi şərhçi Ramil Məmmədli bildirib.

O qeyd edib ki, müasir müharibələrdə şəxsi heyətin yüksək peşəkarlığı və döyüş bacarığı öz əhəmiyyətini saxlasa da vacib amillərdən biri də ordunun silah-texnika parkının imkanları ilə bağlıdır. Qarşıya çıxan suallardan biri də bu mənada Azərbaycanın silah-texnika parkının yenilənməsi istiqamətində əməkdaşlıq edəcəyi ölkələrlə bağlı idi. Dövlətimizin başçısı İlham Əliyevin düzgün beynəlxalq siyasi gedişləri Azərbaycan üçün hərbi-strateji tərəfdaşların yaranmasına gətirib çıxardı. Bu sırada əsas yerləri Türkiyə, Rusiya, İsrail və Pakistan tutdu. Qısa müddətdə Azərbaycan həmin ölkələrlə strateji silah və texnologiyaların satınalınması, o cümlədən birgə layihələrə start verdi. Bununla da Azərbaycan Ordusunun raket-artilleriya, zirehli texnika, pilotsuz uçuş aparatları (PUA), döyüş-aviasiya vasitələri, zenit-raket kompleksləri əsaslı olaraq yeniləndi. Hətta, Azərbaycan keçmiş SSRİ və bölgə ölkələri arasında ayrıca kəşfiyyat-müşahidə və döyüş PUA-ları bölməsini yaradan ilk ölkə oldu. Biz bu strateji qərarın vacibliyinin 2020-ci ildə Vətən müharibəsində və ötən üç il ərzində həyata keçirilən antiterror tədbirlərində şahidi olduq. 2023-cü il sentyabrın 19-da həyata keçirilən lokal antiterror tədbirinin 23 saat çəkməsi də məhz bu amillərlə bağlı idi. Lokal adlandırdığımız bu antiterror tədbirlərinin əslində kifayət qədər geniş ərazidə, özü də dağlıq relyefdə həyata keçirildiyini unutmayaq. Bu antiterror tədbirlərində Azərbaycan hərbçisi şəxsi döyüş bacarığı ilə yanaşı, Ordumuz silah-texnika imkanlarını bir daha nümayiş etdirdi. Düşmən postunu bir neçə yüz kilometr məsafədən, yüksək dəqiqliklə məhv edilməsi bu dediklərimə sübut ola bilər.

“Bu gün Azərbaycanın müdafiə sənayesi kompleksinin də müəllifi kimi Prezident İlham Əliyevin adını çəkə bilərik. Prezident, Ali Baş Komandan İlham Əliyevin 2005-ci il 16 dekabr tarixli Sərəncamı əsasında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi-texniki bazasının və təchizatının daim yüksək səviyyədə saxlanılması məqsədilə yaradılan Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeliyindəki birlik və müəssisələr tərəfindən hazırda 1000-dən çox adda hərbi təyinatlı məhsullar istehsal edilir, Azərbaycan ordusu həmin məhsullarla təchiz olunur.

Prezident İlham Əliyev tərəfindən bünövrəsi qoyulan müasir müdafiə sənayesi kompleksi silah-sursat tələbatımızın təminatçısı missiyasını üzərinə götürdü. Qısa müddətdə bu qurumun istehsalat müəssisələri formalaşdırıldı, Sovet dövründən qalan istehsal xətləri yeniləndi, xarici təcrübələrdən bəhrələnməklə ordumuzun silah-sursat tələbatının təmin olunması istiqamətində fundamental işlər görüldü”,-deyə hərbi şərhçi qeyd edib.

Mərkəzinin rəhbəri xatırladıb ki, Azərbaycan silah və sursatının kütləvi şəkildə istifadəsi isə Vətən müharibəsi zamanı oldu. 2020-ci il sentyabrın 27-də başlayan və Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan İkinci Qarabağ müharibəsində yüksək texnologiyalı silah sistemlərinin uğurlu tətbiqi hərbi əməliyyatların taleyinin qısa müddətdə həllinə imkan verdi. Əməliyyatlarda Azərbaycanın hərbi sənayesinin istehsalı olan bir sıra silah və texnikalar da fəal şəkildə istifadə olundu.

Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin ötən müddətdə istehsalı mənimsənilmiş məmulatlardan “Matador” və “Marauder” zirehli döyüş maşınları, BTR-70 (təkmilləşdirilir) və BRDM-2 (təkmilləşdirilir) transportyorlarını, “Mübariz”, “İstiqlal”, “Yalquzaq” və sair snayper tüfənglərini, AK-74M, AZ-7, 62 və NATO standartlarına uyğun avtomatlarını, HP-7,62x54 pulemyotlarını, müxtəlif növ tapançaları, minaatanları, qumbaraatanları və onların atəş yığımlarını, optik cihazları, aviasiya bombalarını, “Orbiter-2M”, “Orbiter-2B”, “Orbiter-3B” və mini “Orbiter-4”, “Aerostar-BP” taktiki və “Zərbə” tipli kamikadze pilotsuz uçuş aparatlarını misal göstərmək olar.

Ramil Məmmədlinin sözlərinə görə, Prezident İlham Əliyevin Müdafiə Sənayesi Nazirliyinin tabeliyində “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması barədə bu il sentyabrın 7-də imzaladığı Fərman mühüm əhəmiyyətə malikdir. Fərmana əsasən, QSC silah istehsalının, ixracının, satışının təşkilini həyata keçirəcək, tabeliyində olan hüquqi şəxslərin vahid prinsiplər əsasında idarə edilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, onların maliyyə sabitliyinin və dayanıqlılığının yaxşılaşdırılması sahəsində işləri yerinə yetirəcək. Fərman həm öz Ordumuzun təminatı, həm də dünyaya silah ixracı baxımından çox vacib addımdır. Azərbaycanın istehsal etdiyi silahların dünyanın bir neçə ölkəsində istifadə olunması çox qürurverici olacaq.

“Hazırda Azərbaycan xalqı qızıl dövrünü yaşayır. Bu gün Qalib xalqıq. Qələbənin müəllifi isə məhz Prezident İlham Əliyev və onun qəhrəman Ordusu - sərkərdələri, düşmənə qarşı savaşan görünməz döyüşçülərimizdir.

Sentyabrın 19-20-də Azərbaycan Ordusu təxminən bir sutka ərzində düşməni məhv etdi, onu təslim olmaq məcburiyyətində qoydu. Bu iradə, güc və inam bizi indi Ağdərəyə, Əsgərana, Xocalıya və Xankəndinə çatdırdı. Ali Baş Komandan İlham Əliyevə təşəkkür edirik”, - deyə hərbi şərhçi əlavə edib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib