İQTİSADİYYAT
Azərbaycanın neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi açıqlanıb
Bakı, 15 oktyabr, AZƏRTAC
Cari ilin yanvar-sentyabr aylarında neft-qaz sektoruna 4083,3 milyon manatlıq vəsait yönəldilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, hesabat dövründə ölkənin neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 7,1 faiz azalıb.
Qeyd edək ki, 2023-cü ilin müvafiq dövründə sözügedən göstərici 4394,3 milyon manat səviyyəsində olub.