Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın neft tarixində əvəzsiz rolu olan müqavilə - “Əsrin müqaviləsi”

Bakı, 7 iyun, AZƏRTAC

Bu il Azərbaycanın neft sənayesi tarixində özünəməxsus yeri olan “Əsrin müqaviləsi”nin imzalanmasının 25-ci ildönümüdür. “Əsrin müqaviləsi” 1994-cü il sentyabrın 20-də Bakıda “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında” 7 ölkənin 11 ən iri neft şirkəti ilə imzalanmış müqavilədir. AZƏRTAC “Əsrin müqaviləsi”nin ölkənin neft sənayesinin inkişafındakı əhəmiyyətini nəzərə alaraq istehsalatçı alim, geologiya-mineralogiya elmləri doktoru, faydalı qazıntıların geofiziki axtarış üsulları ixtisası üzrə dosent-assistant professor Hümbət Vəliyevin məqaləsini təqdim edir.

Azərbaycan öz dövlət müstəqilliyini möhkəmləndirmək, iqtisadiyyatını yenidən qurmaq üçün neft sənayesinə böyük həcmdə kapital cəlb etmək məqsədilə xarici dövlətlərlə iqtisadi və siyasi əlaqələr qururdu. Azərbaycan məhz bunun üçün Xəzərin neft və qaz ehtiyatlarının xarici şirkətlərlə birgə işlənməsi yolunu tutdu. Xalqın təkidi ilə 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən ulu öndər Heydər Əliyev qurduğu yeni hökumətin qarşılaşdığı iqtisadi çətinliklərin həlli yollarından biri məhz neft və qaz strategiyasını daha mükəmməl həyata keçirmək idi. Ölkənin maliyyə vəsaitinin məhdudluğu, neft-qaz sənayesinin müasir dünya texnologiyalarından geri qalması xarici neft şirkətlərini bu sahəyə sərmayə qoyuluşuna cəlb etmək zərurətini yaratmışdı. Lakin xarici ölkələrin neft şirkətləri Azərbaycanın müstəqilliyinin daimi olmayacağından ehtiyat edir, onlar Azərbaycanın neft sənayesinə sərmayə qoymaqdan çəkinirdilər. Belə çətin və mürəkkəb vaxtda siyasi rəhbərliyə gələn ümummilli lider Heydər Əliyev respublikanın neft sənayesi ilə daha yaxından məşğul olmağa başladı. O vaxt “Azəri”, “Çıraq” və “Günəşli” yatağının dərinsulu hissəsinin ehtiyatlarının mənimsənilməsi üçün iki variantdan birini seçmək - ya ölkəmizin maliyyə-iqtisadi vəziyyətinin düzəlməsi üçün 30-40 il gözləməli, ya da xarici neft şirkətlərini respublikaya dəvət etmək lazım idi. Dövlət dünyanın lider neft ölkələri - ABŞ, Böyük Britaniya, Norveç və başqaları ilə birgə iş birliyi qurmaq yolunu seçdi. Çünki neft sənayesi böyük sərmayə qoyuluşu və müasir qazıma texnologiyası tələb edirdi. Belə imkanları olan ölkələr, xüsusilə də dənizdə bu riskə təklikdə getmək istəmirdi. Həmin dövrdə dünyanın inkişaf etmiş ölkələrinin neft şirkətlərinin diqqəti Azərbaycanda idi. Onlar Azərbaycanın neft ehtiyatlarının olduqca çox olduğunu bilir, ölkə ərazisində zəngin neft-qaz yataqlarının varlığından məlumatlı idilər. Azərbaycan neftinin keçmiş sovet ölkəsinin inkişafında müstəsna rolu olmuş, ancaq Azərbaycan xalqı neftdən çox az mənfəət götürmüşdü. Müstəqil dövlət kimi isə neft yataqlarından elmi əsaslarla, ağılla, qənaətlə istifadə edilməsə uğur qazanmaq mümkün olmazdı. Bəzi insanlar reallığı dərk etmədən, Azərbaycanın texnoloji imkanlarını bilmədən, xarici şirkətlərin neft sənayesinin inkişafına cəlb olunmasını düzgün saymırdılar. O vaxtadək Xəzərdə istifadə olunan texniki vasitələr yalnız dənizin dərinliyi 40 metrədək olan sahələrində işləməyə imkan verirdi. Onlar öz gücümüzə qısa bir mərhələdə böyük gəlir götürməyin mümkünlüyünü iddia edirdilər. Azərbaycan hökuməti həmin dövrdə çox düzgün qərar verərək neft sərvətindən kifayət qədər düzgün istifadə edilməsi üçün yeni mərhələdə xarici neft şirkətləri ilə əlaqə qurmaq, sazişlər bağlamaqla dövlətin həm iqtisadiyyatını, həm milli qüdrətini, həm də dövlətçiliyini möhkəmləndirmək qərarına gəldi.

Azərbaycan Prezidenti Heydər Əliyev yeni neft siyasətini həyata keçirmək məqsədilə 1994-cü ilin fevralında Böyük Britaniyaya səfər etdi. Bu səfər zamanı Azərbaycan və Böyük Britaniya arasında 8 hökumətlərarası müqavilə, o cümlədən də “Neft sənayesi sahəsində əməkdaşlıq haqqında” saziş imzalandı. Danışıqlarda, həmçinin Böyük Britaniyanın “British Petroleum” (BP) şirkətinə “Çıraq” və “Azəri” yataqlarının işlənməsi üzrə yaradılmış beynəlxalq konsorsiumda prioritet yer, o cümlədən də konsorsiumun qərb iştirakçıları üçün ümumi investisiya payında 31 faiz yer ayrıldı. Bundan əlavə, ulu öndər Heydər Əliyev İngilis-Norveç alyansı olan “British Petroleum”-“Statoil”un gələcəkdə “Şahdəniz” neft yatağının işlənməsi üzrə bağlanacaq müqavilədə xüsusi hüquqa malik olması məsələsinə də razılıq verdi. Ümummilli lider Heydər Əliyevin Böyük Britaniyaya rəsmi səfərindən sonra beynəlxalq konsorsiumda neft yataqlarının işlənməsi barədə danışıqlar rəsmi səviyyədə sürətləndirildi. 1994-cü ilin yazında İstanbul və Hyustonda danışıqların son mərhələsini aparan Azərbaycan nümayəndə heyəti milli maraqlara tamamilə cavab verən müqavilə şərtləri hazırladı. Bu danışıqların nəticəsində 1994-cü il sentyabrın 20-də Bakının möhtəşəm Gülüstan sarayında “Əsrin müqaviləsi” kimi tarixi bir ad almış ilk neft müqaviləsi imzalandı. Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişin (HPBS) imzalanması ilə ölkəmizin neft sənayesi tarixində tamamilə yeni bir səhifə açıldı. Azərbaycanın neft sənayesinin, ümumiyyətlə iqtisadiyyatının inkişafında, bütün xalqımızın güzəranının yaxşılaşmasında yeni dövrün əsasını qoyan “Əsrin müqaviləsi”nin imzalanması ilə başlanmış iş XXI əsrdə Azərbaycanın dinamik inkişaf yolunu müəyyən etdi. Bu sazişdə 7 ölkənin 11 neft şirkəti təmsil olunurdu. Həmin müqaviləyə əsasən, Azərbaycanın dəniz yataqları olan “Çıraq”, “Azəri” və “Günəşli” yataqlarının mənimsənilməsi 30 il müddətinə nəzərdə tutulurdu. 1994-cü ilin dekabrında “Əsrin müqaviləsi” Azərbaycan parlamentində təsdiq edildi.

“Əsrin müqaviləsi”nin imzalanması və uğurla həyata keçirilməsi nəticəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu xeyli yüksəldi. Həmin dövrdə ABŞ Prezidenti Bil Klinton, Böyük Britaniyanın Baş naziri Toni Bleyer, Türkiyə Prezidenti Süleyman Dəmirəl, Yaponiyanın Baş naziri, Norveçin, Belçikanın baş nazirləri, Gürcüstan Prezidenti Eduard Şevardnadze, Özbəkistan Prezidenti İslam Kərimov, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Səudiyyə Ərəbistanın kralı və bir sıra başqa dövlətlərin başçıları Azərbaycanın dünyanın bir çox dövlətlərinin iştirak etdiyi neft şirkətlərinin birgə işlərini, “Əsrin müqaviləsi”ni yüksək qiymətləndirirdilər. “Əsrin müqaviləsi”nin imzalanması, ölkəmizdə görülən işlər dünyaya bir daha sübut etdi ki, Xəzər dənizinin Azərbaycan sektorunda çox zəngin neft-qaz yataqları var və Azərbaycan dövləti ilə uzunmüddətli, etibarlı əməkdaşlıq etmək olar. Bu saziş Azərbaycanda ictimai-siyasi sabitliyin təmin olunmasına, ölkənin gələcək iqtisadi inkişafına və dünya iqtisadiyyatına inteqrasiyasına zəmin yaratdı.

Saziş imzalandığı zaman 2024-cü ilə qədər 30 illik dövrü əhatə etməsi nəzərdə tutulmuşdu. Lakin 2017-ci il sentyabrın 14-də Bakıda, Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Saziş imzalandı. Bu qərarlarla da “Əsrin müqaviləsi”nin müddəti 2050-ci ilədək uzadıldı və mənfəət neftindən Azərbaycana çatacaq payın 75 faiz səviyyəsində olması razılaşdırıldı. Neft yataqlarından gələn gəlirlər bundan sonra da, ən azı 30 il Azərbaycan iqtisadiyyatına mühüm töhfələr verəcək.

Yeni sazişə əsasən, BP layihənin operatoru olaraq qaldı. Növbəti illərdə “Azəri-Çıraq-Günəşli” yataqlarına 40 milyard dollardan çox sərmayə qoyulması potensialı var. Saziş imzalanandan sonra ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar bonus ödəniləcək. Həmçinin SOCAR-ın “AzAÇG” şirkəti podratçı kimi kontraktın icrasında iştirak etdi, SOCAR-ın payı 11,6 faizdən 25 faizə qaldırıldı və Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75 faizə yüksəldi.

Bu müqavilənin imzalanmasına zəmin yaradan, elmi əsaslandırılmış tədqiqat işlərinin, elmi əsərlərin rolunu da çox yüksək qiymətləndirmək lazımdır. Neftçi alimlər, tədqiqatçılar uzun illər boyu apardıqları elmi işlərlə Cənubi Xəzər çökəkliyinin neftlilik-qazlılıq perspektivini çox düzgün qiymətləndiriblər. Alimlərimiz beynəlxalq elmi konfranslarda, simpoziumlarda elmi çıxışlar edib, xarici jurnallarda Azərbaycanın neft potensialını əsaslandıran məqalələr, tezislər çap etdiriblər.

Cənubi Xəzər çökəkliyinin geodinamik-gərginlik şəraiti öyrənilib, çökmə örtüyün qalınlığının 25 kilometrdən çox olduğu və çökəklikdə 15 kilometrədək dərinlikdə termobarik şəraitin karbohidrogenlərin əmələ gəlməsi, miqrasiyası və neft-qaz yataqlarının formalaşması üçün çox əlverişli olduğu aparılmış elmi araşdırmalarla təsdiq edilib. Bu baxımdan əraziyə dair geoloji məlumatlar, palçıq vulkanların tullantı məhsulları, geofiziki və seysmoloji materiallar təhlil edilib, çökmə örtüyün struktur-tektonik quruluşu dəqiqləşdirilib, litoloji-petroqrafik-stratiqrafik əlamətləri araşdırılıb və neft-qaz yataqlarının formalaşmasında geodinamik-seysmik aktivliyin mühüm rolu olduğu faktiki materiallar əsasında göstərilərək elmi dəlillərlə əsaslandırılıb.

Dünyanın bir sıra regionlarında məsələn, Meksika Körfəzində aparılan tədqiqatlarla müqayisə olunmaqla, Azərbaycanda “Bahar”, “Bulla dəniz”, “Şahdəniz”, “Ümid”, “Babək” və digər perspektiv strukturlarda dərin qatlarda çox böyük həcmdə karbohidrogen ehtiyatlarının mövcud olduğu və onun çıxarılmasının mümkünlüyü göstərilib. Biz alimlər, o dövrdə Cənubi Xəzər hövzəsində çökmə örtük qatının 6-15 kilometr intervalında da neft və qaz yataqlarının olması ehtimalının çox inandırıcı olduğunu, burada süxurların litoloji tərkibi, kollektor xüsusiyyətləri və struktur tektonik quruluşu, tektonik qırılmalarla mürəkkəbləşmiş laylı mühitin olması neft-qaz yataqlarının mövcudluğunu təsdiqləyən dəlillərlə çıxış edirdik. Bu regionda 2000 metr dərinlikdə temperaturun orta qradienti 3,7-2,3°C/100 metr, “Şahdəniz”-“Bahar” sahəsində 3000-4000 metrdə 1,2°C/100 metr və Türkmənistan sahillərinə kimi 5500-6000 metrdə 2,1°C/100 metr daxilində olması karbohidrogenlərin yataq yaratması ehtimalını təsdiqləyirdi. Bu, bir daha onu göstərir ki, 6000 metr kəsiliş üzrə temperatur 85-135°C arasında dəyişir və 15 kilometrədək intervalda temperatur 185-200°C-ni aşmır. Elmi-nəzəri cəhətdən əsaslandırılıb ki, karbohidrogenlər böyük dərinliklərdə 350-400°C və 200 MP təzyiq şəraitində yataqlar yarada bilər. Cənubi Xəzər hövzəsində kollektor süxurların xüsusiyyətləri 1000 metrdən 3000 metrədək 1,5 dəfə azalıb və dərinlik artdıqca azalma davam edib, 9000 metrdə məsaməlik 12-13 faiz olub ki, bu da karbohidrogenlərin miqrasiyası və toplanması üçün yetərlidir. Ərazidə mövcud olan geodinamik-gərginlik və seysmoaktivlik şəraiti də karbohidrogenlərin miqrasiyasında və yataqların yaranmasında əsas rol oynayıb. Cənubi Xəzər çökəkliyində geodinamik-gərginlik ocaqlarının və zəlzələ hiposentrlərin 5-25 kilometr dərinlik intervalında sürəkli-çatlı və fərqli geobarik şəraitli mühit yaratması karbohidrogenlərin miqrasiyasını sürətləndirir. Beləliklə, göstərilən amillər və elmi-nəzəri dəlillər Cənubi Xəzər çökəkliyində 6-15 kilometr dərinlikdə neft-qaz yataqlarının olması ehtimalını təsdiqləyir və axtarış-kəşfiyyat işlərinin nəticələrinin müsbət olacağına inam yaradırdı.

Azərbaycanın çox zəngin neft-qaz yataqlarının gələcəkdə də kəşf olunacağına inanan Prezident İlham Əliyev tərəfindən hazırda neft sənayesinin gələcək istiqamətlərini müəyyənləşdirən perspektiv tədbirlər həyata keçirilir, Xəzərin ehtiyatları nəzərə alınaraq təbii qazın Avropa bazarlarına çatdırılması üçün Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya, İtaliya və gələcəkdə Bolqarıstanadək uzanacaq Cənub Qaz Dəhlizinin reallaşması istiqamətində çox mühüm işlər görülür.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sahil Babayev: Qeyri-neft gəlirləri artır, iqtisadi dayanıqlılıq möhkəmlənir

Maliyyə naziri: Büdcə proqnozlarının icrası uğurla davam edir

Sahil Babayev: Bu gün Azərbaycanın makroiqtisadi və makrofiskal sabitliyi tam qorunur

Laçında dövlətçilik ənənələrini yaşadan tədbir: Müstəqillik ruhu gələcək nəsillərə ötürülür

Leyla Əliyeva Lənkəranda “Yaşıl çay” fermer təsərrüfatı ilə tanış olub

Ərdoğan: Türkiyə qarşıya qoyulan hədəflərə doğru qətiyyətli addımlarını davam etdirir

Ermənistan vətəndaşlarının apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb

"Turan Tovuz"un futbolçusu dünya çempionatında iştirak edəcək

Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və dövlət adından yaradılan publik hüquqi şəxslərin müşahidə şuralarında (himayəçilik və ya direktorlar şuralarında) Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsinin təmsilçiliyi ilə bağlı bir sıra məsələlərin tənzimlənməsi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Bu saata olan əsas xəbərlər

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Baş direktoru Qu Donqyudan

Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotovadan

Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellendən

Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviçdən

Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçdən

Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbasdan

Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda şəhid ailəsini ziyarət ediblər

Azərbaycan Bayrağının rəngləri Niaqara şəlaləsində

Mixail Qusman: Bu gün AZƏRTAC Azərbaycanın mövqeyini, ölkəmizin səsini beynəlxalq ictimaiyyətə çatdırır VİDEO

Mixail Qusman: Bu gün AZƏRTAC Azərbaycanın mövqeyini, ölkəmizin səsini beynəlxalq ictimaiyyətə çatdırır VİDEO

Riqada Müstəqillik Günü münasibətilə MAMA "Ana təbiət" beynəlxalq incəsənət sərgisinin açılışı və rəsmi qəbul keçirilib

® “Rabitəbank” Qurban bayramında Qarabağda yaşayan şəhid və qazi ailələrini ziyarət edib

“Dream Fest”də musiqi premyeraları və “Sea Breeze”ə beynəlxalq marağın artacağı gözlənilir

® “Azercell Könüllüləri” Qurban bayramı münasibətilə xeyriyyə təşəbbüsü həyata keçiriblər

Nazir Məcnun Məmmədov Neftçalada “Xıllı balıq" MMC-nin fəaliyyəti ilə tanış olub

Bayram günlərində təcili və təxirəsalınmaz tibbi yardım xidməti gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Türkiyənin bir sıra vilayətlərində güclü leysan yağışları daşqın və selə səbəb olub

QHT sədri: “Bakı Fəaliyyətə Çağırış” Azərbaycanın qlobal urbanizasiya rolunu təsdiqlədi

“Sabah” qapıçısı ilə yeni müqavilə imzalayıb

İsveçrə Konfederasiyasının Prezidenti Gi Parmelindən

Müdafiə naziri: Azərbaycan dövləti regionda sülhün və sabitliyin qorunmasının əsas təminatçısına çevrilib

Qeyri-neft sektorunun inkişafı və kənd təsərrüfatının prioritetləri - ŞƏRH

Almaniyanın strateji məhsullar üzrə Çindən asılılığı daha da artır

Baş nazir Əli Əsədov ilə Rusiya Federasiyası Hökumətinin sədri arasında telefon danışığı olub

Türkiyə və İran prezidentləri arasında telefon danışığı olub

İyul–avqust aylarında “MDU EcoTech - Camp 2026” layihəsi reallaşacaq

Prezidentin Mətbuat Xidmətinin məlumatı

® “Avrora Qrup” Qurban bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb

Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda yerli sənətkarın yaradıcılığı ilə tanış olublar

DSMF-nin sədri Sumqayıtda vətəndaşların müraciətlərini dinləyəcək

FHN-in strukturlarında 28 May – Müstəqillik Günü qeyd edilib

“AccessBank” qeyri-iş günündə müştərilərinə xidmət göstərəcək

Ədliyyə naziri Zəngilanda vətəndaşların müraciətlərini dinləyəcək

Bakıda işıq dirəklərinin metal hissələrini oğurlayan şəxs saxlanılıb VİDEO

Bakıda işıq dirəklərinin metal hissələrini oğurlayan şəxs saxlanılıb VİDEO

WUF13 Azərbaycanın şəhərsalma mədəniyyətini və beynəlxalq nüfuzunu dünyaya təqdim etdi ŞƏRH

Tekstil liflərinin sınaqlarına dair yeni dövlət standartları qəbul edilib

Azərbaycanda intensiv yağıntılar sürüşmə riskini artırıb

Aqrar Xidmətlər Agentliyinin sədri Balakəndə müraciətləri dinləyib, təsərrüfatlara baş çəkib

Əsrin çağırışlarını qabaqlayan Lider: Azərbaycan qlobal gündəliyi formalaşdırır VİDEO

Əsrin çağırışlarını qabaqlayan Lider: Azərbaycan qlobal gündəliyi formalaşdırır VİDEO

İğdır Universitetinin rektoruna AMEA Rəyasət Heyətinin Fəxri professoru diplomu təqdim edilib

Qarabağ Universitetində tələbə və gənclərin Beynəlxalq BMT Modeli Konfransı yekunlaşıb

İspaniyanın Kralı VI Felipedən

“QDF-in dostları” platforması çərçivəsində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının investisiya potensialı təqdim edilib

“Caspian Energy” jurnalının Maldiv Respublikasına həsr olunan xüsusi buraxılışı işıq üzü görüb

ABŞ Prezidenti: Azərbaycan və Ermənistan arasındakı dayanıqlı sülhü dəstəkləməyə davam edirik

Bayram günlərində mənşə sertifikatı verilməsi davam etdiriləcək

Beynəlxalq Barbekü Festivalı yenidən Şamaxıda!

ABŞ Dövlət katibi: TRIPP regionda sülhün təşviqi istiqamətində atılan addımdır

Qurban bayramı ilə əlaqədar heyvan satışı və kəsimi yerlərində profilaktiki tədbirlər görülüb

Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb

“İpək Yolları Gənclərin Gözü ilə” beynəlxalq foto müsabiqəsinə başlanılıb

Bakıda keçirilən WUF13 qlobal şəhərsalma gündəmində mühüm hadisəyə çevrildi ŞƏRH

Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda uşaq evini ziyarət ediblər

Yeni Şəhər Gündəliyi üzrə Nazirlər Görüşünün Sədrinin yekun çıxışı

Fransa Respublikasının Prezidenti Emmanuel Makrondan

Dövlət mükafatçısı: Çəkilən zəhmət öz bəhrəsini verdi

Paytaxtın üç rayonunda su hövzələrində təhlükəsizliyin təmin edilməsi məsələləri nəzərdən keçirilib

İyunda havanın orta aylıq temperaturu bəzi ərazilərdə normadan yüksək olacaq

Abşeron rayonunun Məmmədli kəndindəki heyvan bazarı fəaliyyətə başlayıb

Xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün növbəti peşə tanınması üzrə imtahanın tarixi açıqlanıb

İndoneziya Respublikasının Prezidenti Prabovo Subiantodan

Siyasi şərhçi: WUF13 Bakıda qlobal presedent yaratdı

İndoneziya Respublikasının vitse-prezidenti Gibran Rakabuminq Rakadan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya 28 May – Müstəqillik Günü münasibətilə təbrik

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampdan

Zəngilan rayonunun dağlıq ərazisində köməksiz vəziyyətdə cüyür balası aşkar olunub VİDEO

Zəngilan rayonunun dağlıq ərazisində köməksiz vəziyyətdə cüyür balası aşkar olunub VİDEO

“Yüksəliş” müsabiqəsi qaliblərinin peşəkar və idarəetmə bacarıqlarının inkişaf istiqamətləri nəzərdən keçirilib

Azərbaycan Respublikasında 2026-cı ilin daimi seçici siyahılarının yenidən tərtib edilməsi, təsdiq olunması və ictimailəşdirilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Mərkəzi Seçki Komissiyasının 2025-ci il 15 oktyabr və 2026-cı il 27 aprel tarixli iclas protokollarının təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

İsveçin hakimiyyət orqanları enerji içkilərinin gənclərin sağlamlığı üçün təhlükəli olduğu barədə xəbərdarlıq edib

İsrail Dövlətinin Prezidenti İsxak Hersoqdan

Çinin şirkətləri Azərbaycanda tekstil istehsalına maraq göstərirlər

Kənd təsərrüfatı nazirinin müavini Daşkəsəndə vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Şəffaflıqdan etimada: Audit sistemində yeni düşüncə modeli

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Azərbaycanda müasir şəhərsalma iqtisadi və rəqəmsal inkişaf baxımından strateji rol oynayır

“Sea Breeze”də çoxfunksiyalı idman infrastrukturunun inkişafı planlaşdırılır

“AzerGold”da ənənəvi qanvermə aksiyası keçirilib

On dörd il əvvəl törədilmiş qəsdən adamöldürmə cinayətinin üstü açılıb

TƏBİB hərəkət məhdudiyyətli uşaqların icbari dispanserizasiyasını həyata keçirir

Doktoranturada SABAH proqramı çərçivəsində fəlsəfə doktoru hazırlığına başlanılır

“Ulduz” jurnalının yeni nömrəsində...

Məktəblərdə “Enerji səmərəliliyi aylığı” kampaniyası başa çatıb

Siyasi şərhçi: “Bakı Fəaliyyətə Çağırış” sənədi Qarabağın bərpa modelini və urbisid problemini xüsusi vurğulayır

Bayram günlərində "802 Qaynar Xətt"i vətəndaşlara vatsap üzərindən xidmət göstərəcək

Rusiyanın Berlindəki səfiri Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb

“Sea Breeze”də 50 min tamaşaçı tutumu olan “Dream Arena”nın tikintisi planlaşdırılır

Səyyarə İbadullayeva: 28 May milli dövlətçilik tariximizin ən parlaq səhifələrindən biridir

“İxrac nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 15 dekabr tarixli 230 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Ümumi orta təhsil səviyyəsi üzrə aprelin 26-da keçirilmiş imtahanın nəticələri açıqlanıb: 4 nəfər 300 bal toplayıb

Rəqəmsal suverenliyin təminində hüquqi və texnoloji əsaslar

Rövzət Qasımov: Son iki ildə çap imkanları daha da genişləndirilib