Azərbaycanın “Odlar Yurdu” şahmat klubu ikinci turda monakolu və hollandiyalı rəqiblərlə qarşılaşacaq
Bakı, 13 oktyabr, AZƏRTAC
Yunanıstanın Porto-Karras şəhərində Avropa Klubları Kuboku start götürüb.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın “Odlar Yurdu” kollektivləri öz aktivlərinə ilk xalları birinci turda yazıblar. İlk turda ölkəmizin kişilərdən ibarət komandası “SK Comeon”a (Finlandiya) 4:0 hesabı ilə, qızlarımız isə “ZSK Maribor”a (Sloveniya) 3:1hesabı ilə qalib gəliblər.
Xatırladaq ki, kişilərin turnirində 61 komanda, qadınların turnirində isə 12 komanda starta çıxıb.
Bu il qadınların turniri qruplar üzrə, kişilərin turniri isə ənənəvi İsveçrə sistemi üzrə keçirilir.
İkinci turda qızlarımız “Cercle d'Echecs de Monte-Carlo” (Monako) ilə, Cahangir Ağarəhimovun komandası isə Hollandiyanın “LSG Leiden” komandası ilə mübarizə aparacaq.
“LSG Leiden” - “Odlar Yurdu” qarşılaşmasında Artur Pijpers - Arkadi Naydiç, Celmer Cens - Rauf Məmmədov, Edvin Van Hastert - Eltac Səfərli, Martin Rubol - Vasif Durarbəyli, Linda Jap Tjoen San - Nicat Abbasov cütlükləri, “Cercle d'Echecs de Monte-Carlo” - “Odlar Yurdu” matçında isə Anna Muzıçuk - Günay Məmmədzadə, Piya Kramlinq - Zeynəb Məmmədyarova, Monika Soçko - Xanım Balacayeva, Deymante Kornette - Gülnar Məmmədova cütlükləri oynayacaqlar.