Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın qadın FIFA referisi: Kişi futbolunu idarə etmək daha maraqlıdır - MÜSAHİBƏ

Bakı, 30 oktyabr, AZƏRTAC

Azərbaycanın qadın FIFA referisi və AFFA VAR layihəsinin koordinatoru Fəridə Lütfəliyeva AZƏRTAC-ın suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.

- Fəridə xanım, 2012-ci ildən hakimlik fəaliyyətinə başlamısınız. Hakim olmaq qərarına necə gəldiniz?

- Açığı, əvvəllər futbola elə də marağım yox idi. Düzdür, idmanı çox sevmişəm və uşaqlıqdan məşğul olmuşam. Hətta bir müddət özümü gimnastikada sınamışam. Amma aldığım zədəyə görə gimnastikadan uzaqlaşmaq məcburiyyətində qaldım. Hakimlik fəaliyyətimə başlamağımın səbəbkarı isə xalam oğlu olub. O, həm futbolçu, həm də beynəlxalq dərəcəli yan xətt hakimi idi. Bəzən onun idarə etdiyi oyunları izləməyə gedirdim. Bir gün mənə dedi ki, bu sahədə özünü sınamalısan. Bundan sonra yavaş-yavaş məndə futbola maraq oyandı. Lakin yenə də hakim olmağa tərəddüdlə yanaşırdım. Özümü hazır hiss etmirdim. Bununla yanaşı, maraq və istəyim də yox idi.

- Bu qərarı ailənizdə necə qarşıladılar?

- Hakim olmağımda anamın da böyük rolu var. Valideynlərim həmişə bu barədə mənə dəstək olublar. Onlar mənə bildirdilər ki, hakimliyə başlasan, getdikcə həvəsin arta bilər. Ailəmin təkidindən sonra hakim olmağa qərar verdim. Müəllimlərim və hakim yoldaşlarım məni çox xoş qarşıladılar. İlk dərsdən etibarən onların məni belə gülərüz qarşılaşmaları bu sahəyə marağımın daha da artmağına səbəb oldu. Qərar verdim ki, davam etməliyəm. Sırf hakimlik fəaliyyəti deyil, yeni həyat və insanlar da mənim üçün olduqca həyəcanverici idi. Bir müddət sonra seminarlarda iştirak etməyə başladım. AFFA Hakimlər Komitəsinin keçmiş sədri Xaqani Məmmədov ilkin tanışlıq üçün mənə “Futbol oyununun qaydaları” kitabını verdi. Əgər qavramam yaxşı olarsa, tez bir zamanda hakimliyə başlaya biləcəyimi söylədi. Bu proses çox qısa çəkdi və məndə bu sahəyə maraq artdı. Beləliklə futbol qaydalarını öyrənməyə və məşqlərə qoşulmağa başladım. 2012-ci ilin yaz aylarından etibarən U-16 qızlar liqasında yan xətt hakimi kimi ilk təyinatımı aldım. Təbii ki, təcrübəm az olduğuna görə mənə ilk vaxtlarda baş hakim kimi təyinat vermədilər.

- Fiziki güc tələb edən bir işlə məşğulsunuz. Bu sahəyə gəlməzdən əvvəl peşənizin çətinliklərini nəzərə almışdınız?

- Bu işin fiziki güc tələb etdiyini bilirdim, amma bu dərəcə ciddi və çətin olduğunu təxmin etmirdim. Heç nə göründüyü kimi deyil. Düşünürdüm ki, bir müddət məşqlərə qoşularam və mənim üçün rahat olar. Lakin elə olmadı. Futbol qaydaları, fiziki məşqlər, oyun idarəçiliyi, futbolçuların və azarkeşlərin təzyiqi, bir sözlə, bunların hər biri yetəri qədər məsuliyyət, təcrübə və dayanıqlılıq tələb edir.

- Hakimlər azarkeşlərin tənqidlərinə tez-tez məruz qalırlar. Bu kimi hallardan çəkinmirsiniz?

- Bütün hakimlərə qarşı hər zaman azarkeşlər, futbolçular və baş məşqçilər tərəfindən tənqid və narazılıq olur. Digər tərəfdən isə qadın hakimləri kişilərlə müqayisə edirlər. Bizim mentalitetlə əlaqədar qadınlara daha hörmətlə yanaşırlar. Bəzi azarkeşlər də var ki, qadın hakimin fəaliyyətini ciddi qəbul etmirlər. Onlar düşünürlər ki, hakim qadındırsa, ona əhəmiyyət vermək lazım deyil.

- Kişilərdən ibarət komandaların oyunlarında qadın hakim olmaq necə hissdir?

-Əlbəttə ki, çox gözəl hissdir. Bir çox insan futbolu kişi idman növü hesab edir. Açığı, kişi futbolunu idarə etmək daha maraqlıdır. Çünki burada oyunlar daha sürətli və hərarətli keçir. Özümə güvənim tam olduğu üçün bu oyunları yüksək səviyyədə idarə edirəm.

-Meydanda ən çox hansı çətinliklərlə üzləşirsiniz?

- Hər il futbol qaydalarında müəyyən yeniliklər olur. Bu dəyişiklikləri beyinə həkk edib oyunda tətbiq etmək xeyli çətinlik yaradır. Bunun üçün bir qədər vaxt lazımdır. Qaydalar dəyişdikcə, biz onları yadda saxlayıb və o cür tətbiq etməliyik. Bunu bacarmaq isə təcrübədən asılıdır. İdarə etdiyimiz matçların sayı artdıqca, təcrübə də formalaşır.

- Siz həm də VAR layihəsinin koordinatorusunuz. Bu sistemlə bağlı düşüncələriniz necədir? Sizcə, Azərbaycanda VAR sistemi özünü yetərincə doğruldubmu?

- VAR layihəsi çempionatımızda ikinci ildir ki, tətbiq olunur. Fikrimcə, sistem iki ildə özünü yetərincə doğruldub. VAR hakimlərinin sertifikatlarını almaq üçün öncə Türkiyəyə müraciət etmişdik. Mən də burada iştirak etdim və sertifikatımı aldım. Düşünürəm ki, Türkiyədə bu sistem uzun müddətdir tətbiq olunduğu üçün biz prosesə düzgün başladıq.

- Bəs dünyada necə?

- Deyərdim ki, sistem dünyada da özünü doğruldub. Nəticəyə təsir edən səhvlərin qarşısını almaq üçün VAR ən optimal variantdır. Nəzərə alaq ki, hakim də insandır və müəyyən səhvlərə yol verə bilər. Hər hansı səhvə yol veriləndə azarkeşlər hakimi tənqid etməyə başlayırlar. Elə buna imkan verməmək üçün VAR-ın tətbiqi daha məqsədəuyğundur.

- Fəridə xanım, özünüzə kumir hesab etdiyiniz qadın referi varmı?

- Bəli, var. Bu, beynəlxalq dərəcəli fransız hakim Stefani Frappardır. O, tarixdə möhtəşəm iz qoyub. Mən də öz üzərimdə işləyirəm. Ümid edirəm ki, bir gün onun kimi məşhur referi olacağam.

- Hazırda "Qalatasaray"da çıxış edən Kerem Demirbay Almaniyada oynayarkən matçı idarə edən xanım referiyə "Qadının yeri mətbəxdir" deyib və buna görə cəzalanıb. Sizin bu fikrə münasibətinizi bilmək maraqlı olardı...

- Bütün fikirlərə hörmətlə yanaşıram. Tənqid və mühakimə etmirəm. Sözsüz ki, hər bir qadın idmanla məşğul ola bilər. Bu, çox normal haldır. Qadınlar hər şeyi etməyə qadirdirlər.

- Necə düşünürsünüz, Azərbaycanda hakimliyə maraq nə dərəcədədir?

- Hakimliyə maraq olduqca çoxdur. Mən Hakimlər Komitəsində işləyirəm. İldə 2-3 dəfə hakim olmaq istəyən şəxsləri bir araya toplayırlar. Lakin kişilərin hakimliyə marağı qadınlardan qat-qat üstündür. Ona görə də qadın hakimlərin sayı çox azdır. Ölkəmizdə futbol adı çəkiləndə hər kəs düşünür ki, bu, kişi idman növüdür. Buna görə də qadınlar bu sahəyə daha az maraq göstərirlər.

- İndiyədək hansı beynəlxalq oyunlara təyinat almısınız?

- Bu ilin fevralında Türkiyədə beynəlxalq oyunları idarə etmişəm. O gündən sonra müəyyən səbəblərə görə, UEFA təqvimini bağlamaq məcburiyyətində qaldım. Amma təqvimi açdıqdan sonra UEFA yenidən təyinat verəcək.

-Yaxın vaxtlarda hansısa beynəlxalq oyuna təyinat gözlənilirmi?

-Ümidvaram ki, gözlənilir. UEFA-nın işinə qarışa bilmərəm (gülür).

- Karyeranızla bağlı ən böyük hədəfiniz nədir?

- Yaşım və sağlamlığın icazə verdiyi qədər hakimlik fəaliyyətimi davam etdirmək niyyətindəyəm.

- Son olaraq, hakim olmaq istəyən gənc qızlara nə məsləhət görərdiniz?

-Qorxmasınlar və tərəddüd etməsinlər. Ən azından özlərinə o şansı versinlər. Bəyənmədikləri və istəmədikləri təqdirdə davam etməsinlər. Əsas odur ki, özlərini sınasınlar. İdman sağlamlıq deməkdir. Günümüzdə idmanla məşğul olan qadınlara inam və hörmət də çoxdur. Bir qadın idmançı fəaliyyətində uğur qazanırsa, onu sadəcə yaxınları və federasiya yox, ölkə də dəstəkləyir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib