AZƏRBAYCANIN QADIN VOLEYBOL YIĞMASI UKRAYNA MİLLİ KOMANDASINI MƏĞLUB ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, avqustun 16-də Bakıda qadınlardan ibarət Azərbaycan və Ukrayna voleybol komandaları arasında yoldaşlıq görüşü keçirilmişdir. Gərgin idman mübarizəsi şəraitində davam edən görüşdə Azərbaycan voleybolçuları 3:2 hesabı ilə qələbə qazanmışdır.
Görüş Bakıda ilk dəfə keçiriləcək qadın voleybol komandaları arasında müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq turnirə hazırlıq məqsədi daşımışdır.
Avqustun 19-dan 26-dək davam edəcək beynəlxalq turnirdə Azərbaycan yığması ilə yanaşı, Ukrayna, Türkiyə, Bolqarıstan, Yunanıstan və İsrail milli komandaları da yarışacaqlar.
Dairəvi sistem üzrə keçiriləcək yarışın qaydalarına əsasən, ən çox xal toplamış komanda qalib hesab olunacaqdır.
Azərbaycan voleybolçuları yarışda ilk görüşlərini Yunanıstan millisinə qarşı keçirəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [13:20]
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər
- 06.10.2026 [13:00]
“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb
- 06.10.2026 [12:44]
“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb
- 06.10.2026 [11:38]
Azərbaycanın daha 5 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb
- 06.10.2026 [11:09]