Azərbaycanın qadın voleybolçularının yarımfinal şansı
Bakı, 29 sentyabr, AZƏRTAC
Sentyabrın 29-da qadın voleybolçular arasında Avropa çempionatının Milli Gimnastika Arenasında keçirilən dörddəbir final mərhələsinə yekun vurulacaq.
AZƏRTAC xəbər verir ki, saat 18:00-da start götürəcək ilk oyunda Azərbaycan və Almaniya yığmaları meydana çıxacaqlar. Voleybolçularımız qrup mərhələsindəki nailiyyəti təkrarlayıb yarımfinal mərhələsinə vəsiqə qazanmağa çalışacaqlar. Komandamız qrup mərhələsində Almaniya kollektivini 3:1 hesabı ilə məğlub edib. Bu qarşılaşmanın qalibi finala gedən yolda Niderland yığması ilə qarşılaşacaq.
Saat 20:30-da isə Rusiya və Türkiyə komandaları mübarizəyə qoşulacaqlar. Türkiyə millisi qrup mərhələsində 1:3 hesablı məğlubiyyətin revanşını almaq üçün yarışacaq. Oyunu öz xeyrinə başa vuran komanda yarımfinalda çempionatın favoritlərindən sayılan Serbiya kollektivinin rəqibi olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]
Azərbaycanın akrobatika gimnastları dünya çempionu olublar – YENİLƏNİB
- 26.09.2026 [20:21]