AZƏRBAYCANIN QADINLARDAN İBARƏT OTÜSTÜ XOKKEY KOMANDASININ 6 ÜZVÜNƏ VİZA VERİLMƏSİ PROBLEMİ HƏLL OLUNMUŞDUR
Azərbaycanın qadınlardan ibarət otüstü xokkey komandasının 6 üzvünə avqustun 18-dən 25-dək İngiltərənin Mançestr şəhərində keçiriləcək Avropa çempionatında iştirak etmək üçün Böyük Britaniyanın Azərbacandakı səfirliyi tərəfindən viza verilməsi məsələsi öz müsbət həllini tapmışdır.
Azərbaycan Xokkey Federasiyasından AZƏRTAC-a bildirmişlər ki, avqustun 14-də adı çəkilən ölkənin Azərbaycandakı səfirliyi xokkeyçilərimizə viza verəcəyini bildirmişdir.
Azərbaycan milli komandasının üzvləri çempionatda iştirak etmək üçün avqustun 15-də Böyük Britaniyaya yola düşəcəklər.
Güclülər dəstəsində çıxış edəcək Azərbaycan xokkeyçiləri Almaniya, İspaniya və Ukrayna yığmaları ilə qarşılaşacaqdır. B qrupunda mübarizəyə qoşulacaq millimiz ilk görüşünü Almaniya yığmasına qarşı keçirəcəkdir.
Bu beynəlxalq turnirdə birinci, ikinci və üçüncü yerləri tutan komandalar 2008-ci ildə keçiriləcək Pekin Yay Olimpiya Oyunlarına lisenziya qazanacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [13:20]
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər
- 06.10.2026 [13:00]
“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb
- 06.10.2026 [12:44]
“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb
- 06.10.2026 [11:38]
Azərbaycanın daha 5 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb
- 06.10.2026 [11:09]