Azərbaycanın qida mütəxəssisləri Dubay Beynəlxalq Qida Təhlükəsizliyi Konfransında iştirak ediblər
Bakı, 25 noyabr, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərində 15-ci Dubay Beynəlxalq Qida Təhlükəsizliyi Konfransında 70-dən artıq ölkəni, eyni zamanda müxtəlif beynəlxalq təşkilatları təmsil edən 3 mindən çox nümayəndə iştirak edib. Qida Təhlükəsizliyi İnstitutunun əməkdaşlarınin da iştirak etdiyi konfransda 90-dan artıq təlimçi qida təhlükəsizliyi ilə əlaqədar təqdimatlarla çıxış edib.
İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AZƏRTAC-a verilən məlumata görə, "Davamlı qida təhlükəsizliyi sistemi üçün innovativ həllər" sloqanı ilə keçirilən konfransda qida istehsalında nanotexnologiyaların istifadəsi, təsdiqini tapmış elmi yanaşmalar vasitəsilə qida təhlükəsizliyinin inkişaf etdirilməsi, qida təhlükəsizliyinin idarəetmə sistemləri, emal olunmuş qida məhsullarında müasir texnologiyaların tətbiqi kimi yeni tendensiyalar, qurumlararası əməkdaşlıq imkanları və bir çox əlaqədar məsələlər üzrə müzakirələr aparılıb.
Konfransda qida çirkləndiricilərinin analizi üçün yenilikçi laborator müayinələr, eləcə də qida təhlükəsizliyi, izlənilmə sistemi, məlumatların və risklərin təhlilini ölçə bilən müasir tətbiq və platformalar nümayiş olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]