Azərbaycanın Tacikistandakı səfirliyində 20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar mərasim keçiriləcəkdir
Düşənbə, 16 yanvar (AZƏRTAC). Azərbaycanın Tacikistandakı səfirliyində 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar anma mərasimi keçiriləcəkdir.
Səfirlikdən AZƏRTAC-ın xüsusi müxbirinə bildirmişlər ki, tədbirdə Tacikistanın elm, mədəniyyət və incəsənət xadimləri, Düşənbədəki diasporumuzun üzvləri, jurnalistlər iştirak edəcəklər.
Mərasimdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov 20 Yanvar faciəsinin yaranma səbəbləri, şəhidlərin xatirəsinin daim əziz tutulması və dövlətimizin əlillərə qayğısı haqqında məlumat verəcəkdir.
Tədbir iştirakçıları 20 Yanvar faciəsi ilə bağlı fotostendə və sənədli filmə baxacaqlar.
Məlumatda deyilir ki, qanlı Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar Tacikistan mətbuatında, radio və televiziyada geniş materialların verilməsi də təmin edilmişdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]