Azərbaycanın tranzit potensialının gücləndirilməsi üçün aparılan islahatlar ATƏT-lə müzakirə edilib
Bakı, 25 aprel, AZƏRTAC
“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov ATƏT-in Baş katibi Feridun Sinirlioğlu ilə görüşüb.
ADY-dən AZƏRTAC-a bildirilib ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanında baş tutmuş görüşdə nəqliyyat-logistika sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.
ATƏT nümayəndə heyətinə Azərbaycanın təşəbbüskarı olduğu “Xəzər dənizi regionunda yaşıl limanların və bağlılığın təşviqi” layihəsi çərçivəsində ölkəmizin nəqliyyat-logistika potensialı haqqında geniş məlumat verilib.
Qeyd olunub ki, Azərbaycanın tranzit potensialının gücləndirilməsi üçün aparılan islahatlar çərçivəsində Bakı limanının ADY-yə birləşdirilməsi ölkəmizin tranzit imkanlarını genişləndirməklə yanaşı, beynəlxalq dəhlizlərlə yükdaşımaların daha səmərəli təşkilinə töhfə verəcək.
Tərəflər birgə həyata keçirilən layihələrin və təşəbbüslərin Azərbaycanın nəqliyyat qovşağı kimi mövqeyinin möhkəmləndirilməsinə xidmət edərək ümumilikdə regionun dayanıqlı inkişafına təkan verəcəyini bildiriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [17:38]
İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub
- 07.08.2026 [17:28]
Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib
- 07.08.2026 [17:12]
Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq
- 07.08.2026 [16:33]
Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub
- 07.08.2026 [16:12]