Azərbaycanın Türkiyədəki səfirliyinin kollektivi Anıtqəbiri ziyarət edib
Ankara, 28 oktyabr, AZƏRTAC
Azərbaycanın Türkiyədəki səfirliyinin kollektivi 29 Oktyabr - Respublika Günü münasibətilə Anıtqəbiri ziyarət edib.
AZƏRTAC xəbər verir ki, Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarı önünə əklil qoyulub, əziz xatirəsi ehtiramla yad olunub.
Səfir Xəzər İbrahim Anıtqəbirin Xatirə kitabını imzalayıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara