Azərbaycanın Türkiyədəki səfirliyinin kollektivi Ankarada Heydər Əliyevin abidəsini ziyarət edib
Ankara, 26 oktyabr, АZƏRTAC
Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahım diplomatik fəaliyyətə başlaması ilə əlaqədar səfirliyin kollektivi ilə birlikdə qardaş ölkənin paytaxtında yerləşən Heydər Əliyev Parkına gələrək Ümummilli Liderin burada ucaldılmış abidəsini ziyarət edib.
AZƏRTAC xəbər verir ki, diplomatlar Ulu Öndərin heykəli önünə əklil qoyub, xalqımızın xilaskar oğlunun əziz xatirəsini ehtiramla yad ediblər.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara