Azərbaycanın U-17 komandası Slovakiya və Latviya yığmaları ilə qarşılaşacaq
Bakı, 31 may, AZƏRTAC
Bu gün final mərhələsi 2023-cü ildə Estoniyada təşkil olunacaq 17 yaşadək qadın futbolçulardan ibarət komandaların Avropa çempionatının ilkin seçmə mərhələsinin püşkü atılıb.
AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, millimiz B liqasında Slovakiya və Latviya yığmaları ilə birlikdə 3 komandalı qrupda yer alıb. Bu qrupun oyunları sentyabrın 23-29-da Latviyada keçiriləcək.
Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, ilkin mərhələ oyunları Millətlər Liqası formatında təşkil olunacaq. B liqasında 6 qrup qalibi və ən yaxşı nəticəyə malik qrup ikincisi A liqasına vəsiqə qazanacaq. İkinci mərhələdə A liqasının 7 qrup qalibi isə final mərhələsinə vəsiqə əldə edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [13:11]
“Bayer” heyətinə yeni futbolçu cəlb edib
- 11.06.2026 [12:48]
Arif Əsədov: Dünya çempionatının əsas favoriti kimi Portuqaliyanı görürəm
- 11.06.2026 [11:21]
FIFA beynəlxalq transfer qaydalarında dəyişiklik edib
- 11.06.2026 [11:08]
“Zirə” 5 futbolçusu ilə müqavilənin müddətini uzadıb
- 11.06.2026 [10:57]
Üç futbolçu dünya çempionatı tarixinə düşməyə hazırlaşır
- 11.06.2026 [10:48]
NBA: “Nyu-York Niks” final seriyasında üçüncü qələbəsini qazanıb
- 11.06.2026 [10:27]
"UFC Freedom 250" turniri ilk dəfə Ağ Evin ərazisində keçiriləcək
- 11.06.2026 [08:00]