Azərbaycanın U-17 millisinin baş məşqçisi: Məqsəd futbolçuların inkişafına nail olmaqdır

Bakı, 15 aprel, AZƏRTAC
“Komanda ilə bu il ikinci toplanışımızdır. İlk hazırlığımız ötən ay baş tutmuşdu. Bu dəfə 10 yeni futbolçu dəvət etmişik”.
AZƏRTAC xəbər verir ki, bu sözləri 17 yaşadək futbolçulardan ibarət (2009-cu il təvəllüd) Azərbaycan milli komandasının baş məşqçisi Aqil Nəbiyev Moldovanın paytaxtı Kişineuda təşkil olunan UEFA İnkişaf Turnirində yerli komanda ilə keçirilən ilk oyundan (0:1) sonra AFFA-nın rəsmi saytına açıqlamasında deyib.
Mütəxəssis bildirib ki, turnir oyunçular üçün yaxşı şansdır: “Burada nəticə o qədər də önəmli sayılmır. Əsas odur ki, bütün futbolçular oynamaq şansı əldə etməlidirlər. Məqsəd onların inkişafına nail olmaqdır. Əlbəttə ki, futbolçuların fiziki durumları və texniki bacarıqları ilə bağlı problemlərimiz var. Moldova yığması ilə dünənki matçda rəqibdən geri qaldığımız əsas tərəf son ötürmələr və həlledici zərbələr idi. Bunu yavaş-yavaş aradan qaldıracağımıza ümid edirəm. Burada 6 gün ərzində 3 oyun keçirməli olacağıq. Matçlar arasında olan iki günü futbolçuların bərpasına və növbəti görüşə hazır olmasına həsr edirik. Seçmə mərhələ oyunları oktyabrda olacaq. Ona qədər vaxtımız var. Bu müddətdə komandanı formalaşdırıb, seçmə mərhələdə uğurlu çıxış etməyə çalışacağıq”.
Qeyd edək ki, U-17 millisi UEFA İnkişaf Turnirində növbəti oyunlarını aprelin 16-da Gürcüstan, 19-da isə Estoniya yığması ilə keçirəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.04.2025 [19:26]
Avarçəkmə üzrə “Prezident Kuboku-2025”in püşkatması olub
- 29.04.2025 [18:24]
Savat üzrə Azərbaycan millisi Bolqarıstanda 4 medal qazanıb
- 29.04.2025 [18:06]
Apellyasiya Arbitraj Tribunalı “Kəpəz”in şikayətini qismən təmin edib
- 29.04.2025 [17:12]
Xabi Alonso “Real Madrid” ilə razılığa gəlməyə yaxındır
- 29.04.2025 [16:16]
Azərbaycanda yeni yaradılan voleybol klubunun təqdimat mərasimi keçirilib
- 29.04.2025 [15:25]