AZƏRBAYCANIN UKRAYNADAKI SƏFİRİ KİYEVDƏ VYAÇESLAV ÇORNOVİLİN ABİDƏSİNİN AÇILIŞINDA İŞTİRAK ETMİŞDİR
Ukrayna xalqının böyük oğlunun abidəsi önünə gül qoyanlar arasında Azərbaycanın bu ölkədəki səfiri Tələt Əliyev də var idi. O, Kiyevdə akkreditə olunmuş diplomatik korpusun mərasimdə iştirak edən yeganə nümayəndəsi idi.
Ukrayna Prezidenti Viktor Yuşşenko tədbirdə iştirak etdiyinə görə Azərbaycan səfirinə təşəkkürünü bildirərək demişdir ki, bu, dost xalqlarımız arasında səmimi münasibətlərin daha bir sübutudur.
V.Yuşşenko bu il mayın 23-də Azərbaycan Prezidenti İlham Əliyev ilə Kiyevdə görüşünü xüsusi səmimiyyətlə xatırlamışdır. O bildirmişdir ki, Azərbaycana qarşıdakı səfəri ilə Ukrayna-Azərbaycan münasibətlərində yeni parlaq perspektivlər açılacaqdır.