Azərbaycanın xarici işlər naziri Kosta-Rikaya yola düşüb
Bakı, 1 iyun, AZƏRTAC
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Kosta-Rikaya rəsmi səfərə yola düşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində Elmar Məmmədyarovun Kosta-Rikanın xarici işlər və etiqad naziri Manuel Qonzales Sans və digər rəsmi şəxslər ilə görüşü nəzərdə tutulub. Həmçinin Azərbaycan Respublikası Hökuməti və Kosta-Rika Respublikası Hökuməti arasında diplomatik, xidməti və rəsmi pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında Sazişin imzalanması gözlənilir.
Qeyd edək ki, 2015-ci ilin oktyabrında Kosta-Rikanın xarici işlər və etiqad naziri Manuel Qonsales Sans Azərbaycanda rəsmi səfərdə olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [20:16]
Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib
- 13.10.2026 [19:27]
Laos Prezidenti Milli Məclisdə olub
- 13.10.2026 [17:33]
QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var
- 13.10.2026 [16:47]