Azərbaycanın xarici işlər nazirinin Nyu-Yorkda bir sıra görüşləri olub
Vaşinqton, 29 sentyabr. AZƏRTAC
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 28-də Nyu-Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində İordaniya Haşimilər Krallığının xarici işlər və mühacirlərin məsələləri üzrə naziri Əymən Əs-Safadi, Seneqal Respublikasının xarici işlər və xaricdə yaşayan seneqallılarla iş üzrə naziri Sidiki Kaba və Oman Sultanlığının xarici işlər üzrə məsul naziri Yusif bin Ələvi bin Abdullah ilə görüşlər keçirib.
AZƏRTAC xəbər verir ki, görüşlərdə ikitərəfli əməkdaşlıq gündəliyinin müxtəlif məsələləri müzakirə edilib və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi üzrə fikir mübadiləsi aparıb.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton