Azərbaycanın Xarici İşlər Nazirliyində yeni səfirlərin etimadnamələrinin surətləri qəbul edilib
Bakı, 8 yanvar, AZƏRTAC
Bosniya və Herseqovina (mənzil-qərargahı Ankara), Monqolustanın (mənzil-qərargahı Ankara), Nigeriyanın (mənzil-qərargahı Tehran) və Ekvatorial Qvineyanın (mənzil-qərargahı Moskva) Azərbaycan Respublikasında akkreditə olunmuş yeni səfirləri etimadnamələrinin surətlərini Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi səfir Pərvin Mirzəzadəyə təqdim ediblər.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan və sözügedən ölkələr arasında dostluq əlaqələrinin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [10:06]
Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur
- 07.10.2026 [00:11]