AZƏRBAYCANIN YENİYETMƏ GÜLƏŞÇİLƏRİ QİTƏ ÇEMPİONATININ İLK GÜNÜNDƏ ÜÇ MEDAL QAZANMIŞLAR
Latviyanın Dauqavpils şəhərində sərbəst, yunan-Roma və qadın güləşi üzrə yeniyetmələr arasında Avropa çempionatına start verilmişdir.
Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a bildirmişlər ki, sərbəst güləşçilərimiz yarışın ilk günündə 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanmışlar.
Nicat Muradov (50 kq) bütün rəqiblərini məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır. Aslanbek Alborov (85 kq) isə finalda uduzaraq, gümüş medala sahib çıxmışdır. Digər idmançımız Nurlan Hacıyev (58 kq) isə üçüncü yerlə kifayətlənmişdir.
Sərbəst güləş üzrə yığma komandanın üzvləri Çingiz Qaxacov (42 kq) beşinci, Pərviz Axundov (69 kq) isə yeddinci yeri tutmuşlar.
Bu gün daha 5 sərbəst güləşçimiz Avropa çempionatında qüvvəsini sınayacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [13:51]
Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb
- 13.06.2026 [12:03]
Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır
- 13.06.2026 [07:21]
ABŞ millisi dünya çempionatına qələbə ilə başladı
- 13.06.2026 [02:15]
Dünya çempionatı: Neymar Mərakeşlə oyunu buraxacaq
- 13.06.2026 [01:37]
Kanada millisi dünya çempionatları tarixində ilk xalını qazanıb
- 12.06.2026 [23:25]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [22:20]