İDMAN
AZƏRBAYCANIN YENİYETMƏ İDMANÇILARI AVROPA ÇEMPİONATINDA 6 QIZIL MEDAL QAZANMIŞLAR
AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən nazir müavini İsmayıl İsmayılov son illər ölkəmizdə idmançılara göstərilən diqqət və qayğıdan danışmış, bu istiqamətdə görülən işləri yüksək qiymətləndirmiş və yeniyetmə idmançıların uğuruna çox sevindiyini bildirmişdir.
2012-ci ildə Londonda keçiriləcək Olimpiya oyunlarında bu güləşçilərin Azərbaycanı uğurla təmsil edəcəklərinə əminliyini bildirən nazir müavini Avropa birinciliyində Azərbaycan himninin 6 dəfə səslənməsini çox böyük qürur hissi ilə qeyd etmiş və idmançılara uğurlar arzulamışdır.
Xatırladaq ki, yeniyetmələr arasında keçirilən Avropa çempionatında sərbəst güləşçilərin mübarizəsində Toğrul Əsgərov (46 kq), Nicat Muradov (50 kq), Aslan Cəbişov (100 kq), yunan-Roma güləşində isə Eldəniz Əzizli (46 kq), Qasım Məhəmmədov (54 kq) və Rəsul Gunayev (58 kq) qızıl medal qazanmışlar.