Azərbaycanın yunan-Roma güləşçisi İslamiadada finala yüksəlib
Bakı, 18 noyabr, AZƏRTAC
Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.
AZƏRTAC xəbər verir ki, 67 kiloqram çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda misirli Məhəmməd Əbdülrəhimə 4:1 hesabı ilə qalib gəlib. Onun həlledici qarşılaşmadakı rəqibi iranlı Olimpiya çempionu Səid İsmaili olacaq.
Bu gün mübarizəyə qoşulan Azərbaycanın digər yunan-Roma güləşçiləri Nihat Məmmədli (60 kiloqram), Ülvü Qənizadə (77 kiloqram) və İslam Abbasov (87 kiloqram) əvvəlki raundlarda məğlub olublar. İdmançılarımızın uduzduqları rəqiblər finala vəsiqə qazansalar, təmsilçilərimiz bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılacaqlar.
Qeyd edək ki, İslamiadaya noyabrın 21-də yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.10.2026 [15:07]
“Sumqayıt”ın prezidenti: Zaman keçdikcə daha güclü komanda görəcəyik
- 28.10.2026 [13:52]
“Real Madrid” Mbappenin sözlərinə görə Çin xalqından üzr istəyib
- 28.10.2026 [12:27]
Azərbaycan millisi FIFA U-15 dünya çempionatında Çiliyə uduzub
- 28.10.2026 [12:14]
"Fənərbağça"ya müvəqqəti baş məşqçi təyin olunub
- 28.10.2026 [11:40]