AZƏRBAYCANLI ABİTURİYENTLƏR RUSİYA ALİ MƏKTƏBLƏRİNƏ İMTAHANLARI UĞURLA VERDİLƏR
B.Zeynalov demişdir ki, daha doqquz abituriyentimiz Rusiyanın ən nüfuzlu ali məktəblərindən birinin - RF XİN-in Moskva Beynəlxalq Münasibətlər İnstitutunun tələbəsi, üçü isə Diplomatiya Akademiyasının dinləyicisi olmuşdur. Qalanları Moskvanın ali texniki və humanitar məktəblərinə, habelə Rusiya regionlarında yerləşən digər ali məktəblərə qəbul edilmişlər.
B.Zeynalov demişdir ki, Azərbaycan tələbələrinin Rusiya ali məktəblərində təhsil alması üçün kvotalar iki ölkənin təhsil nazirlikləri arasında əməkdaşlıq haqqında 2002-ci ilin fevralında Bakıda imzalanmış protokola uyğun olaraq ayrılır. Bu, Rusiyadakı diasporumuzun nümayəndələrinə ciddi köməkdir. Moskvada keçirilən qəbul imtahanlarını Azərbaycan nümayəndələrinin təşkil etməsi sayəsində gənc həmvətənlərimiz yaxşı təhsil almaq və gələcəkdə öz xalqına fayda vermək imkanı əldə edirlər. Səfirlik Azərbaycan vətəndaşlarının Rusiyanın ən nüfuzlu ali məktəblərinə daxil olması məsələsinə diqqəti bundan sonra da artırılacaqdır.