AZƏRBAYCANLI BOKSÇULAR 38-Cİ AVROPA ÇEMPİONATINDA İŞTİRAK EDƏCƏKLƏR
Bakı, 2 iyun (AZƏRTAC). İyunun 4-də Moskvada boks üzrə 38-ci Avropa çempionatı start götürəcəkdir.
Çempionatda 43 ölkədən 300-dən çox idmançı 11 çəki dərəcəsində birincilik uğrunda mübarizə aparacaqdır.
Yarışda Azərbaycanın idman şərəfini Elvin Məmişzadə (48 kq), Məhəmməd Abdulxəlilov (51 kq), İlkin Ağayev (54 kq), Heybətulla Hacıəliyev (57 kq), Romal Amanov (60 kq), Emil Məhərrəmov (64 kq), Sadiq Eynullayev (69 kq), Rahib Bəylərov (75 kq), Ramazan Məhəmmədov (81 kq), Rəşad Abdullayev (91 kq) və Fərid Paşayev (91 kq-dan yuxarı) qoruyacaqlar.
Turnirdə Azərbaycan, Türkiyə, Fransa, Almaniya, İrlandiya, Gürcüstan, Belarus, Bolqarıstan, Macarıstan və Rusiya idmançıları iştirak edəcəklər.
Çempionata iyunun 12-də yekun vurulacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.05.2026 [20:16]
"Turan Tovuz"un futbolçusu dünya çempionatında iştirak edəcək
- 26.05.2026 [19:24]
“Sabah” qapıçısı ilə yeni müqavilə imzalayıb
- 26.05.2026 [16:26]
Bu il Azərbaycan minifutbol üzrə Avropa Kubokunda təmsil olunacaq
- 26.05.2026 [15:30]
“Şamaxı” 5 futbolçusu ilə vidalaşıb
- 26.05.2026 [15:14]
“Neftçi” Abubakar və daha 2 futbolçu ilə əməkdaşlığa son qoyub
- 26.05.2026 [15:04]