Azərbaycanlı hərbi qulluqçular Türkiyədə məzun olublar
Ankara, 18 fevral, AZƏRTAC
Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Jandarma logistika, texniki və köməkçi sahələr üzrə təhsil mərkəzi komandanlığında məzunların buraxılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə Türkiyə Respublikası Daxili İşlər nazirinin müavini cənab Mehmet Ersoy, Jandarma Qüvvələrinin komandanı ordu generalı Arif Çetin, Sahil Təhlükəsizlik Qüvvələrinin komandanı kontr-admiral Ahmet Kendir və digər yüksək rütbəli şəxslər iştirak ediblər.
Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının, Dövlət Sərhəd Xidmətinin və Fövqəladə Hallar Nazirliyinin ümumilikdə 14 hərbi qulluqçusu müxtəlif kursları müvəffəqiyyətlə bitirərək məzun olublar.
Azərbaycan Silahlı Qüvvələrinin Türkiyədəki hərbi attaşesi polkovnik Müşfiq Məmmədov və ölkəmizi qardaş ölkədə təmsil edən digər səlahiyyətli şəxslər mərasimdə iştirak ediblər.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.06.2026 [18:29]
Azərbaycanın və Belarusun hərbi hüquqşünaslarının işgüzar görüşü olub
- 03.06.2026 [17:17]
DSX-nin Çevik Hərəkət Qüvvələrində xidmətə qəbul davam edir
- 02.06.2026 [19:54]
Müdafiə naziri Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə olub
- 31.05.2026 [14:37]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 28.05.2026 [17:25]