Azərbaycanlı musiqiçinin ifası fransız tamaşaçılarını valeh etmişdir
Paris, 18 may (AZƏRTAC). Azərbaycanın tanınmış pianoçusu Murad Hüseynov Fransanın Aşağı Normandiya regionunun Remalar meriyasında və Lö Pən-La-Qaren kommunasında maraqlı konsert proqramı ilə çıxış etmişdir.
Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı və dəstəyi ilə keçirilən bu konsertlər zamanı yerli ictimaiyyətin nümayəndələrinə milli mədəniyyətimiz haqqında geniş məlumat verilmişdir.
Konsertdə Murad Hüseynov Avropa bəstəkarları ilə yanaşı, Azərbaycan bəstəkarlarından Qara Qarayevin, Adil Bəbirovun və Tofiq Quliyevin əsərlərini ifa etmişdir.
Azərbaycanlı pianoçunun ifası fransız tamaşaçıları heyrətə salmışdır. Sürəkli alqış sədaları onu dəfələrlə səhnəyə çıxmağa məcbur etmişdir.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [18:44]
Hacı İsmayılov: Şarovskinin özünəməxsus yeri var idi
- 09.09.2026 [18:29]
Loğman Kərimov: Aleksandr Şarovski bütün varlığı ilə teatra bağlı idi
- 09.09.2026 [18:00]
Bakıda Mərakeş İrsi Günləri keçiriləcək
- 09.09.2026 [17:29]
Elmira Axundova: Aleksandr Şarovski bütöv bir epoxa idi
- 09.09.2026 [16:05]
Xalq artisti Aleksandr Şarovski son mənzilə yola salınıb YENİLƏNİB
- 09.09.2026 [15:33]
Xurşidbanu Natəvan – qəlbinin səsini şeirə köçürən söz ustası
- 09.09.2026 [15:13]
Qırğız ədəbiyyatının dünyaşöhrətli siması - Çingiz Aytmatov
- 09.09.2026 [14:40]