AZƏRBAYCANLI PİANOÇU FRANSIZLARI HEYRAN ETMİŞDİR
Konsertdən öncə muzeyin bədii rəhbəri Kristin Elfriş Azərbaycan–Fransa dostluq əlaqələrinə toxunmuş, dahi bəstəkar Üzeyir Hacıbəyovun əsərlərinin dünya şöhrətindan danışmış, unudulmaz bəstəkar Qara Qarayevin və Fərhad Bədəlbəylinin yaradıcılığı barədə qısa məlumat vermiş, Murad Hüseynovun musiqi aləmindəki fəaliyyətindən söhbət açmışdır.
Gənc pianoçu konsertdə Qərbi Avropa bəstəkarları C.Haydn, L.Bethoven, M.Ravel, F.Şopenlə yanaşı, Azərbaycan bəstəkarlarından Q.Qarayevin və F.Bədəlbəylinin əsərlərindən parçaları səsləndirmişdir. Onun çıxışı dəfələrlə sürəkli alqışlarla qarşılanmışdır.
Konsertdə Fransada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Azərbaycan diasporunun təmsilçiləri və səfirliyimizin əməkdaşları iştirak etmişlər.