Azərbaycanlı voleybol hakimi: Biz dünya səviyyəli referilərdən geri qalmırıq
Serbiya, Zlatibor, Cavid Əliyev, 17 aprel, AZƏRTAC
“Gimnaziada İdman Oyunlarında hakimlik etmək qürurverici hiss idi”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Serbiyada keçirilən multiidman oyunlarında voleybol hakimliyi etmiş Rüstəm Cəfərov deyib.
O, Azərbaycanı beynəlxalq arenada təmsil etməyin sevindirici hiss olduğunu bildirib: “İlk dəfə olaraq Gimnaziadada iştirak etdim. İndiyədək qazandığım təcrübə sayəsində heç bir çətinlik çəkmədim. Şükürlər olsun, oyunları yaxşı idarə etdim”.
Referi Azərbaycanda voleybol hakimliyinin inkişaf etdiyini vurğulayıb: “Mən Respublika dərəcəli hakim olsam da, beynəlxalq oyunlara təyinat alan yerli hakimlərimizlə birgə çimərlik və klassik voleybol (zal voleybolu) matçlarını idarə edirəm. Hazırda hakimliklə bağlı seleksiya işləri gedir. Hətta Gəncə, Masallı, Şəki və digər bölgələrdən hakimlik dərslərinə gələnlər var. Bu mövsüm Yüksək Liqa görüşlərində gənc referilərə də şans verilir. Biz da öz növbəmizdə təcrübəmizi onlarla bölüşürük. Düşünürəm ki, biz dünya səviyyəli hakimlərdən geri qalmırıq”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [21:47]
Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]