Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCANLILAR MÜHARİBƏ İSTƏYİRLƏRMİ, YAXUD AVROPA SİYASƏTÇİLƏRİNİN PASİFİZMİNİN FƏALLAŞMASININ SƏBƏBİ NƏDİR ?

Berlin, 11 fevral (AZƏRTAC). Son vaxtlar müxtəlif nüfuzlu beynəlxalq təşkilatların tribunalarından, dünya miqyaslı görkəmli siyasətçilərin dilindən və KİV-lərdə “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll oluna bilər”, “Dağlıq Qarabağ probleminin hərb yolu ilə həlli yoxdur”, “münaqişənin sülh yolu ilə həllinin alternativi yoxdur” və sair kimi ifadələr daha tez-tez səslənir. Gürcüstanda avqust müharibəsindən sonra isə bu bəyanatların müəllifləri öz dəlillərini möhkəmləndirmək üçün həmin müharibənin gürcülər üçün kədərli yekununu xatırladırlar.

Dünya birliyinin Qarabağ münaqişəsi zonasında döyüş əməliyyatlarının yenidən başlanmasına yol verməmək səyləri tamamilə anlaşılandır. Xəzər regionu Qərb ölkələri üçün həyati vacib əhəmiyyəti olan enerji resursları mənbəyidir, Cənubi Qafqazdan strateji cəhətdən mühüm nəqliyyat-energetika kommunikasiyaları keçir və yenilərinin tikilməsi planlaşdırılır, “beşgünlük müharibədən və Gürcüstanın parçalanmasından sonra isə Cənubi Qafqazın bu hissəsi soyuq müharibə dövründə ikiyə bölünmüş Almaniyanı daha çox xatırladır. Üstəlik, Qəbələ RLS, Gümrü bazası, etnik azlıqlar, forpost, Şərq-Qərb, Şimal-Cənub, GUAM, KTMT, NATO-nun qapısını döymək və sair kimi sözlər də bu region üçün səciyyəvidir. Bir sözlə, keçmiş SSRİ-nin bu hissəsində dünya dövlətlərinin və regional ölkələrin maraqlarının toqquşması göz qabağındadır.

1994-cü ildə Cənubi Qafqazda yaranmış və 2008-ci ilin avqustunda bir dəfə pozulmuş barışıq regionda elə şərait yaratmışdır ki, kiçicik bir hərəkət oyuncaq evin dağılmasına və oyun iştirakçılarının hər biri üçün forma və məzmunu tamamilə naməlum olan yenisinin qurulmasının başlanmasına səbəb ola bilər. Cənubi Qafqazdakı hazırkı oyuncaq evin pis və ya yaxşı olması dünya dövlətlərini narahat etmir. Onlar üçün başlıcası budur ki, istənilən halda maraqlarına toxunacaq arzuolunmaz təlatümlərin baş verməməsi üçün alov barıta yaxınlaşdırılmasın, həmçinin bu yeni evin qurulmasının lap əvvəlində üzücü qeyri-müəyyənlikdən uzaq olsunlar. Milyonlarla qaçqın-köçkünün artıq 20 ildir öz yurd-yuvasına qayıtmaq həsrəti ilə yaşaması və BMT-nin üzvü olan dövlətin ərazi bütövlüyü prinsipinin kobud şəkildə pozulması onları az narahat edir, çünki doğma ocağından qovulanlar onların vətəndaşları, işğal olunmuş torpaqlar isə onların ərazisi deyildir. “Vacib” olanı budur ki, bir dövlətin digər dövləti beynəlxalq hüquq normalarına hörmətlə yanaşmağa müstəqil şəkildə məcbur edəcəyi, özünün ərazi bütövlüyünü hərbi yolla bərpa edəcəyi və qaçqın-köçkünlərini öz yurd-yuvasına qaytaracağı təqdirdə, onların ölkələrinə enerji ehtiyatlarının nəqlində fasilələr baş verə bilər, yaxud bir vaxtlar sərmayə qoyduqları infrastruktur obyektlərinə zərər dəyə bilər. Buna isə qətiyyən yol vermək olmaz!

Cənubi Qafqazdakı hazırkı vəziyyəti Birinci Dünya müharibəsinin “səngər” mərhələsi ilə müqayisə etmək olar. O vaxt yaranmış vəziyyət heç kimi razı salmırdı, ancaq kəskin hərəkətlər etmək də istəmirdilər. Elmi dildə bu vəziyyət “status-kvo” adlanır. Avropa siyasətçiləri məhz bu status-kvonun pozulmamasından getdikcə daha tez-tez danışırlar, halbuki, çox gözəl anlayırlar ki, təkcə danışıqlar, yaxud iqtisadi təcrid yolu ilə Ermənistan heç zaman öz ordusunu işğal olunmuş Azərbaycan ərazilərindən könüllü surətdə çıxarmayacaq və Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdığını bəyan etməyəcəkdir. Ermənistan da “status-kvonun pozulmaması” və münaqişənin yalnız sülh yolu ilə həlli yollarının axtarılmasının davam etdirilməsi barədə bəyanatların arxasında gizlənərək, məhz buna ümid bəsləyir. Hərçənd çox gözəl dərk edir ki, Dağlıq Qarabağı Azərbaycana qaytarmaqdan və işğal olunmuş ərazilərdən çıxmaqdan imtina edərsə, münaqişənin dinc yolla həlli, sadəcə, YOXDUR!

Təbii ki, Azərbaycan da əyləncə xətrinə müharibə etmək istəmir, rəsmi Bakı Dağlıq Qarabağ üzərində nəzarətini həmişə dinc yolla, öz vətəndaşlarının həyatını qorumaqla bərpa etmək variantına üstünlük vermişdir və verir. Bu da sirr deyil ki, ərazilərinin bir hissəsi işğal olunmuş Azərbaycanın işğalçı Ermənistanla danışıqlarda iştirak etməsi faktı özlüyündə diplomatiyamızın hələ də ölkənin ərazi bütövlüyünü dinc yolla bərpa etmək ümidində olduğunu sübut edir.

Belə çıxır ki, heç kim müharibə istəmir. Bunu Brüsseldə, Strasburqda, Vyanada, ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin paytaxtlarında, Mayndorf sarayında görür və etiraf edir, xüsusi nümayəndələr, məruzəçilər, xüsusi elçilər bu barədə açıq danışırlar. Ancaq onların heç biri özlərində siyasi cəsarət tapıb hamının düşündüyünü dilə gətirə bilmir: əgər heç kim müharibə istəmirsə, bəs nə üçün havadan barıt qoxusu gəlir və hətta barışıq şəraitində Azərbaycan ordusunun mövqeləri atəşə tutulur? Bəlkə “sülhsevər” ermənilərdən fərqli olaraq, azərbaycanlılar yeməyib, içməyib kiminləsə müharibə edib qan tökmək barədə düşünürlər?

Cənab Qoran Lenmarker Siz ağıllı insan, təcrübəli siyasətçisiniz. Mənim şəxsən Sizə sualım var: əgər hamı sülh istəyirsə, nə üçün indiyə kimi bu sülh yoxdur? Əgər Sizin dediyiniz kimi, münaqişənin dinc yolla həllinin alternativi yoxdursa, müharibə ehtimalının ilbəil artmasının səbəbi nədir? Çox sadə sualdır! Bəlkə, iki prezidentə sülh müqaviləsi bağlamasına hansısa kosmik qüvvələr mane olur? Ermənistan-Azərbaycan münaqişəsinin mahiyyətini “bulvar” mətbuatından yox, dərindən bilən təcrübəli siyasətçi kimi cavab verin: az qala “sona” çatan (ATƏT-in Minsk qrupunun həmsədrlərinə inansaq) danışıqlar prosesi fonunda milyonlarla dollarlıq müasir silahların alınmasının, - bəziləri isə bu silahı öz havadarlarından havayı alırlar, - səbəbi nədir? Yoxsa, hesab edirsiniz ki, hamı ağlını itirib ki, milli ordunun möhkəmləndirilməsi kimi “səfeh” işlə məşğuldur? Bəlkə, bizdə pulun qədrini bilmirlər və büdcə vəsaitini neçə xərcləmək barədə təsəvvürümüz yoxdur? Bəlkə, Avropa gözləyir ki, Azərbaycan “təki uşaqlar ağlamasın və güllələr atılmasın” deyib, öz qədim diyarından və mədəniyyət beşiyindən əl çəkəcək? Əgər belədirsə, nə üçün onda elə həmin Avropa və dünya uşaqlar o tərəfdə deyil, bu tərəfdə ağlayanda və güllələr bizə tərəf tuşlananda ağzına su alıb susurdu? Nə üçün O VAXT müharibə dayandırılmadı və onun mənəviyyata zidd olmasından təcavüzün qurbanının, nəhayət, möhkəmlənməyə və ayağa qalxmağa başladığı vaxt (özü də heç kimin köməyi olmadan) danışmağa başladılar?

Ermənistan cəmiyyəti Moskva Bəyannaməsinin imzalanmasını razılıq hissi ilə qarşıladı və onu “müharibəyə qadağa qoyulması” kimi qəbul etdi, lakin eyni zamanda, müharibənin əsl səbəblərinin aradan qaldırılması barədə düşünmədi. ATƏT-in Minsk qrupunun Rusiyadan olan keçmiş həmsədri Vladimir Kazimirov da hərbi əməliyyatların yenidən başlanmaması barədə hüquqi öhdəlik nəzərdə tutan müqavilənin imzalanmasının zəruriliyi barədə dəfələrlə danışmış, lakin bu sənədin Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına, faktik olaraq, əbədi möhür vuracağı barədə fikirləşmirdi (bəlkə də, bunu çox gözəl başa düşürdü). İş o yerə çatmışdı ki, istefada olan diplomat, hətta Azərbaycan Konstitusiyasının “başqa dövlətlərin müstəqilliyinə qəsd vasitəsi kimi və beynəlxalq münasibətlərin həlli kimi müharibəni rədd edən” 9-cu maddəsinə əsaslanırdı və buradan belə bir məntiqi nəticə çıxırdı ki, o, Dağlıq Qarabağı artıq Azərbaycanın öz Konstitusiyasına əsasən müstəqilliyinə təcavüz edə bilməyəcək suveren dövlətlər sırasına aid edir. Ancaq Kazimirov Konstitusiyanın preambulasında Azərbaycan dövlətinin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması barədə deyilənlərə məhəl qoymurdu. Vladimir Kazimirovun Dalın və ya Ojeqovun izahlı lüğətinə müraciət etməsi və “qorunması” və “hücum” sözləri arasındakı fərqi özü üçün aydınlaşdırması, sonra isə öz ölkəsinin Konstitusiyasının 4-cü maddəsini yaxşı-yaxşı oxuması pis olmazdı. Həmin maddəyə əsasən, dövlət öz ərazisinin bütövlüyünü və toxunulmazlığını təmin etməlidir. Hər halda, Azərbaycan öz dövlət sərhədlərini heç vaxt kənara çıxmayıb və çıxmağa da hazırlaşmır. Gündəlikdə, Gürcüstanla bağlı hadisədə olduğu kimi, sərhədlərdən kənarda hansısa şübhəli mənafelərin güdülməsi deyil, ərazi bütövlüyünün bərpa edilməsi məsələsi durur.

Avropa sülhsevərlərinin belə gec oyanması anlaşılmazlıq doğurur. Həqiqətən, nə üçün status-kvo kimi indiki vəziyyət, yəni, Ermənistan digər suveren dövlətin ərazi bütövlüyünü pozandan əvvəlki deyil, onun təcavüzündən sonrakı vəziyyət əsas götürülür? Müharibəni onun qızğın vaxtında, yaxud barışıq vaxtı, özü də beynəlxalq hüquq normaları bərpa olunmadığı vaxtda deyil, müharibənin ya əvvəlində, ya da sonunda (yəni dinc vaxtda) qadağan etmək olar (və lazımdır).

Ermənistan-Azərbaycan münaqişəsinin hərbi yolla həlli beynəlxalq hüququn pozulması deyil, beynəlxalq hüququn pozulmasının NƏTİCƏSİDİR. Ona görə də nəticəni yox, səbəbi aradan qaldırmaq lazımdır. Bunu başa düşməyənlərə və ya bununla razılaşmayanlara belə bir haqlı sual verək: özünümüdafiə məqsədi ilə zor tətbiq edənə qarşı zorakılıq qanunsuzdurmu? Əgər belədirsə və zorakılıq fenomeni qanunsuzdursa, nə üçün bütün dünyada polislər silah gəzdirir? Bəlkə NATO və KTMT Lev Tolstoyun pisliyə qarşı zor işlətməmək fəlsəfəsini qəbul etsin? Görünür, bəzi hallarda zor işlətmək özünü doğruldur, əks halda, mütəffiqlər nasist ordularına qarşı vuruşmazdılar və Hitleri danışıqlar yolu ilə Almaniyanın sərhədləri daxilinə çəkilməyə razı salardılar. Nəticəni deyil, səbəbi aradan qaldırmadan, Ermənistan işğal olunmuş Dağlıq Qarabağı və digər 7 rayonu azad etməyincə, pasifist çağırışların nə qədər tez-tez səslənməsindən asılı olmayaraq, Azərbaycanda azadlıq müharibəsi gündəlikdə qalacaqdır.

Görünür, Qarabağ münaqişəsi üç ssenaridən biri üzrə həll oluna bilər, onlardan ikisi şərti sülh yoludur:

1) dünya birliyi qanunsuz işğal etdiyi ərazilərdən nümayişkəranə şəkildə çıxmaq istəməyən Ermənistanın işğal etdiyi əraziləri azad etməsi üçün ona təsirli təzyiq göstərir və Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinə, qaçqın-köçkünlərin doğma yurd-yuvasına qayıtmasına mane olmur (sovet qoşunlarının 1945-46-cı illərdə İrandan çıxması, Sudetin Çexiyaya qaytarılması, Argentina desantının Folklend adalarından, Səddamın Küveytdən çıxarılması, NATO-nun Makedoniya albanlarına siyasi təzyiqi modeli). Bu model dövlətin pozulmuş ərazi bütövlüyünün bərpası və ya bu pozulmanın qarşısının alınması ilə nəticələnir;

2) dünya birliyi ərazisinin müəyyən hissəsinin itirilməsi ilə qəti şəkildə barışmağa məcbur etmək üçün müxtəlif, Mətyu Brayzənin təbirincə desək, “siyasi proseslər” zamanı eynilə Azərbaycana təzyiq göstərir (Kosovo və Şərqi Timor modeli);

3) nəhayət, dünya birliyi problemin həllindən tamamilə uzaqlaşır və tərəflərə münaqişəni bütün məlum vasitələrlə həll etmək imkanı verilir (Xorvatiyanın Krayna, Ermənistandan azərbaycanlıların çıxarılması, Rusiyanın Çeçenistanda suverenliyinin bərpa edilməsi modeli).

Bütün dünya artıq etiraf etməlidir ki, dördüncü ssenari, sadəcə, mövcud deyildir, çünki bu və ya digər tərəf hərbi yolla tamamilə məğlub edilməsə, yaxud tərəflərdən birinə güclü beynəlxalq-diplomatik təzyiq göstərilməsə, nə Azərbaycan, nə də Ermənistan Dağlıq Qarabağdan könüllü surətdə əl çəkməyəcək! Buna görə də indi Qoran Lenmarkerin Yerevanda səsləndirdiyi “ATƏT üçün millətlərin öz müqəddəratını təyin etmək prinsipi və dövlətin ərazi bütövlüyü prinsipi eynidir, tərəflərdən hər biri güzəştə getməlidir və münaqişənin hərbi yolla həlli yoxdur və ola bilməz” bəyanatını diplomatiya dilində yalnız belə başa düşmək olar: ki, “biz tərəflərdən heç birinə məcburi təzyiq göstərməyə hazır deyilik və bunda marağımız da yoxdur, ancaq eyni zamanda, biz sizə münasibətlərinizi müstəqil şəkildə aydınlaşdırmaq imkanı da vermək istəmirik və verə bilmərik, çünki bizim regionda öz maraqlarımız var; buna görə də sizin regiona olan marağımız tam sönməyincə, münaqişənin bu vəziyyətdə dondurulması bizim üçün daha yaxşı olardı.

Qoran Lenmarkerin təklif etdiyi bu formul Avropa üçün əlverişli elementlərdən istifadə etməklə, faktik olaraq, yuxarıda sadalanan bütün üç ssenarindən ibarət kombinasiyadır. Başqa sözlə, bu və ya digər tərəfə təzyiq göstərmədən və onlara bir-biri ilə hesab çürütmək imkanı verməyərək münaqişənin həllindən uzaqlaşmaq. Bu formul münaqişəni həll etməyəcək və Terri Devis onun səlahiyyət dövrü başa çatanadək münaqişənin həll olunacağına inandığını deyəndə nəyə ümid bəslədiyi aydın deyildir.

Əgər dünya birliyi həqiqətən və səmimi olaraq Ermənistan-Azərbaycan münaqişəsinin dondurulmasında deyil, tezliklə həllində maraqlıdırsa, onda ya bu münaqişəni beynəlmiləlləşdirməli və beynəlxalq hüququ pozana ciddi təzyiq göstərməklə, regionda beynəlxalq hüquq normalarının bərpasına kömək etməli, ya da özünün acizliyini etiraf etməli, kənara çəkilməli və tərəflərə yığılb qalmış problemləri 1949-cu il tarixli dörd Cenevrə Konvensiyasına riayət etməklə, bəşəriyyətə indiyədək məlum olan bütün vasitələrlə müstəqil şəkildə həll etmək imkanı verməlidir. Əks halda, Lenmarkerin formulunun bir yekunu var - Azərbaycan qaçqın-köçkünlərinin indiki nəsli, doğma torpaqlarını görə bilməyəcək və ermənilərin də arzuladığı budur.

Bu halda, Vyanadan olan xüsusi nümayəndəyə cavabımız yalnız belə ola bilər - əgər ATƏT Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə məşğul olursa, lakin beynəlxalq hüququ pozana qarşı beynəlxalq təzyiq göstərilməsə və o, BMT Nizamnaməsinə və Təhlükəsizlik Şurasının 4 qətnaməsinə riayət etməyə məcbur olunmasa, münaqişənin həllinin hərbi yolu meydana çıxacaq və Azərbaycan işğal olunmuş ərazilərini müstəqil şəkildə və tam leqal olaraq Ali baş komandanın birinci əmri ilə azad edəcəkdir.

Azərbaycanı qorxutmaq üçün Cənubi Osetiyadakı “beşgünlük müharibə”ni misal gətirmək isə sadəlövhlükdür. Biz hamımız hər şeyi yaxşı görürük və müharibənin Gürcüstan üçün belə kədərli yekununun əsl səbəbini yaxşı başa düşürük. Ancaq necə deyərlər, hadisələr müxtəlif olur”. Şükür Allaha ki, kiçik Ermənistanı nəzərə almasaq, Azərbaycanın digər qonşuları və MDB ölkələri ilə mehriban münasibətləri var!

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib