Azərbaycanlıların soyqırımı qurbanlarının xatirəsi Batumidə yad edilmişdir
Bakı, 31 mart (AZƏRTAC). Ölkəmizin Gürcüstanın Batumi şəhərindəki baş konsulluğunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anma mərasimi keçirilmişdir.
Mərasimdə Acarıstan Muxtar Respublikası hökuməti aparatının və nazirliklərin əməkdaşları, Batumi Şəhər Şurasının deputatları, diplomatik nümayəndəliklərin təmsilçiləri, ziyalılar, Azərbaycan icmasının nümayəndələri, jurnalistlər iştirak etmişlər.
Azərbaycanın Batumidəki baş konsulu Hüseyn Nəcəfov ermənilərin xalqımıza qarşı tarix boyu törətdikləri dəhşətli cinayətlər, 31 mart soyqırımının səbəbləri və ağır nəticələri barədə geniş məlumat vermişdir. Bildirmişdir ki, yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra azərbaycanlıların soyqırımına əsl siyasi-hüquqi qiymət verilmiş, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir.
Tədbirdə 31 mart soyqırımı ilə bağlı Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanmış “Pravda kak yest” sənədli filmi nümayiş etdirilmişdir. Bundan başqa, Batumidə akkreditə olunmuş diplomatik nümayəndəliklərə, kütləvi informasiya vasitələrinə və diaspor təşkilatlarına 31 mart soyqırımı ilə bağlı məlumat və Quram Marxuliyanın “Аrmyane v poiskax Armenii” kitabı göndərilmişdir.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.03.2026 [16:47]
MEK-də Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan sərgi açılıb
- 31.03.2026 [16:23]
Milli yaddaşın qorunması: BMU-da soyqırımı hadisələri geniş təhlil edilib
- 31.03.2026 [14:22]
Xalqımıza qarşı törədilən cinayətlər heç vaxt unudulmayacaq ŞƏRH
- 31.03.2026 [14:15]
31 Mart hadisələri: Azərbaycan xalqının faciəsi və tarixi yaddaşı
- 31.03.2026 [12:35]
1918-ci il soyqırımı erməni vandalizminin qanlı izləridir – ŞƏRH
- 31.03.2026 [12:05]