İQTİSADİYYAT
“AzərEnerji” ilə “Schneider Electric” şirkəti memorandum imzalayıb
Bakı, 14 noyabr, AZƏRTAC
COP29 çərçivəsində “Schneider Electric” şirkətinin Beynəlxalq əməliyyatlar üzrə icraçı vitse-prezidenti Maniş Pant, şirkətin Türkiyə və Mərkəzi Asiya üzrə prezidenti İsmayıl Yamangil “AzərEnerji” ASC-nin Yaşıl Zonada yerləşən pavilyonunda olublar.
ASC-dən AZƏRTAC-a bildirilib ki, qonaqların qurumun rəhbəri Baba Rzayevlə görüşü olub.
Görüşdə mövcud əlaqələr və perspektiv layihələr ətrafında müzakirələr aparılıb. Görüşün sonunda “Schneider Electric” və “AzərEnerji” ASC arasında bərpaolunan enerji mənbələrinin enerji sistemə inteqrasiyası, enerji monitorinqi, planlaşdırma və digər sahələri əhatə edən anlaşma memorandumu imzalanıb.