“AzerGold” iki istiqamətdə yeni yataqların geoloji tədqiqatını və kəşfiyyatını aparır
Bakı, 7 avqust, AZƏRTAC
“AzerGold” QSC hazırda iki istiqamətdə yeni yataqların geoloji tədqiqatını və kəşfiyyatını aparır.
AZƏRTAC xəbər verir ki, bunu REAL TV-yə eksklüziv müsahibəsində “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov deyib.
Z.İbrahimov bildirib ki, birinci istiqamət QSC-nin idarəedilməsinə verilən filiz sahələri üzrə həyata keçirilən fəaliyyətdir.
“İkinci istiqamət ölkə ərazisində genişmiqyaslı ümumi geoloji axtarış proqramı üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Agentliyinə dəstək məqsədilə dövlətin sifarişi əsasında bizə tapşırılan sahələrdəki fəaliyyətdir. Hazırda Balakən rayonunda yerləşən və mürəkkəb geoloji quruluşa malik “Filizçay” polimetal yatağında optimal emal və zənginləşdirmə metodologiyasının müəyyənləşdirilməsi üçün tədqiqatlar aparılır. Həyata keçirilən laborator sınaq tədqiqatlar sink, gümüş, mis və qurğuşunun əldə olunmasına hədəflənib. Yatağın ümumi filiz ehtiyatı 112,71 milyon ton, yerin təkində olan metal ehtiyatları isə cari birja qiymətləri nəzərə alınmaqla qızıl ekvivalentində 10,7 milyon unsiya həcmində qiymətləndirilib”, - deyə Zakir İbrahimov vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:23]
Kömür qiymətləri son 2,5 ilin maksimumuna yüksəlib
- 09.06.2026 [17:20]
“Fitch Ratings” qlobal iqtisadi sektor üzrə proqnozunu dəyişib
- 09.06.2026 [17:00]
Azərbaycandan Fransaya məhsul ixracının dəyəri 17 dəfədən çox artıb
- 09.06.2026 [16:36]
® “Lexus RZ” – Elektrikli lüksün yeni erası VİDEO
- 09.06.2026 [16:21]