“AzerGold” QSC-dən dayanıqlı inkişaf məqsədlərinə davamlı diqqət
Bakı, 12 iyul, AZƏRTAC
“AzerGold” QSC məsuliyyət zonalarında dayanıqlı inkişaf məqsədlərini daim diqqətdə saxlamaqla dövlətimizin yürütdüyü sosial siyasətə töhfələrini verir.
Bu barədə AZƏRTAC-a “AzerGold” ASC-dən bildirilib.
QSC artıq 8 ildir fəaliyyət göstərdiyi Gəncə-Daşkəsən iqtisadi rayonunda yerli icmaların hərtərəfli dəstəklənməsi, o cümlədən məşğulluq, təhsil, sağlamlıq, inklüziv inkişaf, idman, mədəniyyət və digər istiqamətlərdə inkişafı yönündə ardıcıl və sistemli layihələr icra edir.