“Azəri” futzal komandası “Yaz turniri”nin qalibi olub
Bakı, 3 may, AZƏRTAC
AFFA-nın, Sahə Futbol Federasiyaları İctimai Birliyinin və “Bakcell” şirkətinin dəstəyi, Əlillər Futbolu Federasiyasının təşkilatçılığı ilə Memarlıq və İnşaat Universitetinin idman zalında eşitmə qüsurlu əlillər arasında keçirilən futzal üzrə “Yaz turniri” başa çatıb.
AZƏRTAC xəbər verir ki, turnirin qalibi “Azəri” komandası olub. İkinci yeri “Şimşək”, üçüncü pilləni isə “Zirvə” tutub.
“Azəri” komandasının üzvü Rabil Şabanov ən yaxşı qapıçı, “Şimşək”dən Ümid İbrahimov isə ən yaxşı oyunçu adına layiq görülüb. Turnirin ən məhsuldar futbolçusu “Azəri” komandasının üzvü Rəvan Muxtarlı olub.