“Azəriqaz” rəhbərliyinin vətəndaşlarla növbəti görüşü keçiriləcək
Bakı, 8 oktyabr, AZƏRTAC
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi (İB) rəhbərliyinin vətəndaşlarla növbəti görüşü keçiriləcək.
İB-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 11 oktyabr saat 12:00-da Şəmkir rayonunda, Gənclər Evində (Heydər Əliyev prospekti 60) baş tutacaq görüş zamanı Şəmkir və Gədəbəy rayonlarının sakinlərinin müraciətləri dinləniləcək.
“Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız “Azəriqaz” İB-nin fəaliyyəti ilə bağlı olmalıdır. Qəbula dair əlavə məlumat almaq istəyənlər Şəmkir Regional Qaz İstismarı İdarəsinə (tel: 050-845-77-11; 050-845-77-00) müraciət edə bilərlər”, - deyə məlumatda bildirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [17:11]
Ötən ay OPEC-in gündəlik neft hasilatı 18,8 milyon barelə geriləyib
- 11.06.2026 [16:55]
Daşınmaz əmlak alarkən hüquqi risklərdən necə qorunmaq olar? VİDEO
- 11.06.2026 [16:46]