“Azəriqaz”da Gənclər Gününə həsr olunan stolüstü oyunlar üzrə yarışların qalibləri mükafatlandırılıb
Bakı, 4 fevral, AZƏRTAC
“Azəriqaz” İstehsalat Birliyində (İB) Gənclər Gününə həsr olunan stolüstü oyunlar (şahmat, nərd, dama) üzrə yarışların qaliblərinin mükafatlandırılması üçün tədbir keçirilib.
İB-dən AZƏRTAC-a bildirilib ki, “Azəriqaz”ın Həmkarlar İttifaqı Komitəsinin sədri Ədalət Qurbanov belə yarışların əməkdaşların idman bacarıqlarının üzə çıxarılması və dəstəklənməsinə xidmət etdiyini deyib.
Yarışlara fevralın 2-də start verilib və 36 iştirakçının mübarizə apardığı yarış (12 nəfər nərd, 12 nəfər şahmat, 12 nəfər dama) Olimpiya sistemi üzrə keçirilib. Sonda yarışların qaliblərinə fəxri fərmanlar təqdim olunub.