“Azərkosmos” 30,8 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib
Bakı, 30 sentyabr, AZƏRTAC
Cari ilin yanvar-avqust aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 31 ölkəsinə 30,8 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.
AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın sentyabr sayına istinadla bildirir ki, “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 91 faizidir. 2021-ci ilin avqustunda isə “Azərkosmos” ASC dünyanın 22 ölkəsinə 2,2 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib. İxracda beş əsas ölkə ABŞ (9,6 milyon dollar), Birləşmiş Krallıq (6,6 milyon dollar), Fransa (6,4 milyon dollar), Malayziya (3,7 milyon dollar) və BƏƏ-dir (1,1 milyon dollar).
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]