“Azərkosmos” və Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Bakı, 14 oktyabr, AZƏRTAC
“Azərkosmos” və Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
AZƏRTAC xəbər verir ki, müqaviləyə əsasən peyk təsvirləri və onların həllərindən ölkə ərazisində bərpaolunan enerji mənbələrinin qiymətləndirilməsi və istifadəsi üzrə layihələrdə istifadə olunacaq.
Peyk təsvirlərindən bərpaolunan enerji mənbələri üzrə resursların müəyyən edilməsi və qiymətləndirilməsi, potensial ərazilərin xəritələrinin tərtib olunması mümkün olacaq. Hər iki agentlik arasında mütəxəssislər üçün bərpaolunan enerjinin qiymətləndirilməsi üzrə bilik və bacarıqlarının mübadiləsi istiqamətində təlim proqramı hazırlanacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [16:58]
Agentlik: Dövlət və özəl qurumların adından fişinq mesajları göndərilir
- 12.06.2026 [16:42]
Bakı Limanında quru yük aşırılması 77 faiz artıb
- 12.06.2026 [16:02]
İçərişəhərdə süni intellektəsaslı həllər tətbiq ediləcək
- 12.06.2026 [15:50]
TANAP-ın istifadəyə verilməsindən 8 il keçir
- 12.06.2026 [15:31]