“AZƏRMARKA” YENİ POÇT MARKALARI BURAXMIŞDIR
AZƏRTAC xəbər verir ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərmarka” müəssisəsi cins Qarabağın atlarına həsr olunmuş yeni marka kolleksiyası buraxmışdır.
Belarusda nəşr olunmuş markaların dizaynı rəssam Xasay Mirzəyevə aiddir. 20 min tirajla buraxılmış markalarda Şuşa və Ağdamın məşhur yerləri də əks olunmuşdur.